Ədliyyə Nazirliyində müşavirə keçirilib

Ədliyyə Nazirliyində icra və probasiya xidmətlərinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin, cinayət işləri üzrə ibtidai istintaqı aparan müstəntiqlərin iştirakı ilə 2018-ci ildə məhkəmə və digər orqanların qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası, ədalət mühakiməsi əleyhinə və bəzi digər cinayətlərin istintaqının aparılması sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Ədliyyə Nazirliyində icra və probasiya xidmətlərinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin, cinayət işləri üzrə ibtidai istintaqı aparan müstəntiqlərin iştirakı ilə 2018-ci ildə məhkəmə və digər orqanların qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası, ədalət mühakiməsi əleyhinə və bəzi digər cinayətlərin istintaqının aparılması sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov , icra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov və İstintaq idarəsinin rəisi Zakir Qafarov hesabat məruzəsi ilə çıxış ediblər. Bildirilib ki, 2018-ci ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 873 minə çatıb, onlardan 450 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2 dəfədən artıq - 1.1 milyard manatdan çox vəsait ödətdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31