Müxalifət düşərgəsində daim satqınlar, xainlər yer alıblar

Cavid Şahverdiyev: "Onların vəzifəsi ancaq Qərbin ermənipərəst qüvvələrinin ssenarilərini Azərbaycanda həyata keçirməkdir"

25 illik müxalifətçilk dövründə öz xislətindən əl çəkməyən Azərbaycan müxalifəti bu gün də "ənənəsini" davam etdirməkdədir. Dövlətə və millətə xəyanət, ermənilərlə iş birliyi, terror və itaətsizliyə çağırış müxalifətin ənənəvi mübarizə metoduna çevrilib. Daha acınacaqlı hal odur ki, müxalifət tərəfindən belə çirkin əməllərə radikal dindarlar adı altında qadın və azyaşlı uşaqlar cəlb olunur. Cəlb olunduğu aksiyanın mahiyyətini belə dərk etməyən bu toplum dini şüarlar səsləndirməklə başları üzərinə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətinə görə həbs olunmuş şəxslərin və hətta "İŞİD"in bayrağını qaldırmış olurlar. Lakin özlərini müxalifətin lideri adlandıran şəxslərin öz uşaqları isə xarici ölkələrdə eyş-işrətlə məşğul olur. Şübhəsiz ki, onların belə təmtərəqli həyat tərzi yaşamalarında müxalifət "liderlri"nin "mitinq taktikasından" əldə etdikləri vəsait əhəmiyyətli rol oynayır. Daha dəqiq, bir sıra siyasətbazların xarici havadarlarından əldə etdikləri maddi vəsait övladları tərəfindən Avropa ölkələrində kef məclislərinə xərclənir. Yeri gəlmişkən vatırladaq ki, müxalifət təmsilçisi olan İsa Qəmbərin oğlu İlkin Qəmbər Kanadadır, Arif Hacılının oğlu Orxan Hacılı Amerikadadır, Pənah Hüseynin qızı Aybəniz Hüseyn Kiprdədir, Hikmət Hacızadənin oğlu Adnan Hacızadə Amerikadadır, Sərdar Cəlaloğlunun birinci oğlu Tural Norveçdə, ikinci oğlu Cəlal İngiltərədədir, Əli Kərimlinin oğlu Türkel Amerikadadır, Əli Kərimlinin qızı Selcan isə İngiltərədədir. Təkcə bu fakt müxalifətin iç üzünü açıq-aydın şəkildə açmış olur.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri,  "Avrasiya.net" saytının rəhbəri Cavid Şahverdiyev bildirib ki, iqtidara müxalifət mövqedə dayanmaq müsbət haldır, təqdirə layiqdir. İnkişaf edən bütün ölkələrdə sağlam müxalifət demokratik prinsiplər əsasında şəffaf fəaliyyət göstərir və müəyyən hadisələrdə öz mövqeyini sərgiləyə bilir. İqtidar da həmin müxalifətlə hesablaşmaq məcburiyyətində qalır. Çünki sağlam müxalifətlə siyasi mübarizə aparır, o müxalifətlə ki, fəaliyyətini ancaq ölkəsinin, xalqının gələcəyinə hesablayıb. Amma təəssüflər olsun ki, Azərbaycan müxalifətinin başında duran Milli Şura və Əli Kərimli ittifaqı fəaliyyətində, tutduğu  siyasi yolda heç bir zaman dövlət və xalqının maraqlarını nəzərə almayıb: "Bu düşərgədə daim satqınlar, xainlər yer alıblar. Qucaqlaşıblar, biabırcasına, rüsvayçılıqla ayrılıblar. Bir-birlərini ağır ittiham ediblər - pul üstündə. Avropadan aldıqları qrantları bölüşdürə bilməyiblər. "Siyasi məhbus" məsələsində alverləri rəvan getməyib. Kasıblıq qapılarının ağzını kəsdikdə, üz tutublar Avropaya. Qərb də qarşılarına şərt qoyur - gedin, ölkə daxilində narazılıqlar yaradın, xalqı qarşıdurmaya sövq edin... Bu dəfə də belə oldu, Mehman Hüseynov kartından yaralanmaq istəyən Ə.Kərimli ölkədə mitinq keçirdi. Meydana 5-6 min insanın yığılması heç də xalq demək deyil. Hər bir ölkədə narazı qüvvələr var, Azərbaycanda da həmçinin. Dövlət həmin narazı qüvvələrə şərait yaradır ki, gedin öz fikirinizi söyləyin və hətta onların təhlükəsizliyini də təmin edir. Ə.Kərimli və tərəfdarları isə tribunadan ancaq "İstefa" deməklə kifayətlənirlər. Milli problemlərimiz qalır bir kənarda, ancaq iqtidar əleyhinə şüarlar səsləndirilir. Onları qınamırıq, çünki Qərbin şifarişini yerinə yetirmək məcburiyyətindədirlər". C.Şahverdiyev əlavə edib ki, bu gün hakimiyyətin onlar üçün yaratdığı söz və fikir azadlıqlarından yararlanan Ə.Kərimli meydandakı rolunu Şəhidlər Xiyabanında da oynamaq istədi: "Ə.Kərimli bacarıqlı, savadlı siyasətçi deyil, amma müəllifi olduğu bütün səhnələrdə üzərinə düşən rolu məharətlə oynayıb və oynayır. Mən sizə 2005-ci illəri xatırlayım. Həmin vaxt "Trend" də işləyirdim. 2005-ci ildə, səhv etmirəmsə, noyabr ayında "Qələbə"meydanında müxalifətin icazəli mitinqi idi. Mitinq başa çatdı, Əli Kərimli isə əhalini oturaq aksiya keçirməyə sövq etdi, onları aldatdı. Digər partiya sədrlərinin əksəriyyəti onunla razılaşmayaraq meydanı tərk etdilər. Amma Kərimli və ətrafı əhalini bilərəkdən qarşıdurmaya sürüklədi. Nəticədə polislərlə aksiyaçılar arasında qarşıdurmaya yarandı. 26 polis əməkdaşı və bir neçə aksiya iştirakçısı müxtəlif dərəcəli bədən xəsarəti aldı. Amma özü yox idi, cangüdənlərinin əhatəsində aradan çıxmışdı. Ondan bir neçə gün sonra icazəsiz aksiyalar davam etdi. Radikallar AXCP-nin Xəqani küçəsi, 33 ünvandakı əvvəlki qərargahı ilə kəsişən küçələrə nüfuz etməyə başladılar. Aksiyaçıların hansı küçədən gələcəyini bilmirdik, ona görə də jurnalistlər arasında bölgü apardıq, aksiyanın hansı küçədən başlaması xəbərini bir-birimizə vermək üçün hərəmiz bir küçənin başında dayandıq ... Aksiyaçılar elə AXCP-nin qərargahının yerləşdiyi küçədən göründü. Qadınları qabağa vermişdilər. Radikallar qarşıdurma yaratmağa cəhdlər göstərirdi. Polis isə asyişi qorumaq üçün aksiyanı dağıtdı. Özüm şahidi oldum ki, Əli Kərimli bu səhnəni qərargahın pəncərəsindən seyr edirdi... Cəsarəti çatmırdı ki, aksiyaçılara qoşulsun... Qorxudan qadınları, gəncləri qabağa vermişdi... Bax, budur Azərbaycan müxalifəti liderinin siması. Belə bir sima başqa ölkədə olsaydı onu çoxdan həbs etmişdilər. Amma Azərbaycan hakimiyyəti ona və ətrafındakılara imkan yaradır, meydan verir ki, sözünü desin. Bunlar isə xalqa sağlam bir fikir çatdırmaq, mövcud problemlərin həlli yollarından çıxmaq üçün fikirlər söyləmək əvəzinə söyüş söyürlər. Onları qınamıram, axı bundan artıq onlardan nə gözləyə bilərik, qablarında olan budur.  Milli Şura və Əli Kərimli ittifaqı hakimiyyətə iddialı deyil, bunu özləri də yaxşı dərk edirlər. Axı bu vəzifəni həyata keçirmək üçün siyasi qabiliyyət, müdriklik, uzaqgörənlik və möhkəm iradə lazımdır. Bunların heç biri onlarda yoxdur. Onların vəzifəsi ancaq Qərbin ermənipərəst qüvvələrinin ssenarilərini Azərbaycanda həyata keçirməkdir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31