“İslahat mərhələsi müxalif düşərgəyə çatıb”

“Yanvarın 19-da “radikal” müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdiyi mitinq bir daha onların zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi. Formatına görə bu aksiya “birləşmiş müxalifətin mitinqi” idi. O baxımdan ki, mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi”. Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

"Yanvarın 19-da "radikal" müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdiyi mitinq bir daha onların zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi. Formatına görə bu aksiya "birləşmiş müxalifətin mitinqi" idi. O baxımdan ki, mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi". Bu fikirləri  Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

JHİ-nin sədrinin sözlərinə görə, xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan "ünsürlər" də ona dəstək vermişdilər: "Bu baxımdan həmən aksiya Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələr ilə birlikdə təşkil etdikləri ortaq tədbir idi. Amma nəticə nə oldu? Bu qədər gurultulu təqdimata baxmayaraq, ətraflarında cəmi 2800 nəfər adam yığa bildilər. Dəstəklənmədilər. Çünki, müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. 19 yanvar mitinqindən sonra, ayın 20-də "Şəhidlər Xiyabanı"nda radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Onlar 19 yanvar mitinqinin rüsvayçılığını yalançı təbliğat və yersiz insidentlərlə kompenssiya etmək istədilər. Müxalifətin birləşmiş qüvvələrinin "Məhsul mitinqi" internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki, mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı. AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Onlar dəyişmirlər, əksinə, köhnə taktikalarla uğur qazanmaq üçün özlərini daha radikal, daha kəskin göstərməyə çalışırlar.

20 Yanvar mərasimində törətdikləri rüsvayçılıq göstərdi ki, "radikal" müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün nəinki Azərbaycanlı mentalitetində yer tutan müqəddəs dəyərləri tapdalamağa hazırdırlar, həmçinin, yeri gəlsə, Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə hazırdırlar. Bu baxımdan Əli Kərimli kimi milli maraqları tapdaq altına atan şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur. Cəmiyyət - ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, gənc nəsil bu reallıqları bilməli, unutmamalı və dağıdıcı qrupların iddialarına lazımi reaksiya verməlidir.

19-20 yanvar aksiyaları müxalifət üçün uğur gətirmdi, əksinə, onun ənənəvi problemlərini ortaya çıxardı, öz aralarında qarşıdurma yaradan faktorları aktivləşdirdi. Baxıb görək, Əli Kərimlinin mitinqdə bəyan etdiyi liderlik iddialarına digər müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin münasibəti necə olacaq?

Müxalifət dəyişməlidir, yenilənməlidir, öz daxilində islahat keçirməlidir, yeni nəsil texnologiyaları mənimsəməidir. Amma hələ ki, bunun təzahürləri görünmür. Onlar mitinq ardınca mitinq elan edir, təşkilatçılıqları alınmayanda isə çılğınlaşır, insidentlər törətməyə çalışırlar. Bütün bunlar isə onların fəaliyyətini hüquqi müstəvidə araşdırılması zərurətini yaradır. Yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verillməyincə, dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır. Ehtimal etmək olar ki, Əli Kərimlinin dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə verəcək. Sual oluna bilər, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?!".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31