"Radikal müxalifətin məqsədi ölkədə anarxiya yaratmaqdır"

"Hər bir ölkədə sağlam müxalifətin olması yaxşı haldır. Lakin bu gün Azərbaycanda özünü radikal müxalifət adlandıranlar heç də sağlam deyil, onlar aldıqları qrant hesabına ölkədə anarxiya yaratmaq məqsədini güdürlər". Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Azərbaycan torpaqlarının məhz onların səriştəsiz idarəediciliyi nəticəsində Ermənistan tərəfindən işğal olunduğunu deyən deputat söyləyib ki, bu azmış kimi Azərbaycanda xaos, hərcmərcilik baş alıb getdi: "Görünür hələ həmin şəxslər 1990-cı illərin ab-havası ilə yaşayırlar. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək öz fikirlərini cəmiyyətə normal şəkildə çatdırmaq qabiliyyətinə malik deyillər".

Azərbaycanın hüquqi, demokratik ölkə olduğunu deyən deputat qeyd edib ki, qanunvericiliyə əsasən ölkədən vətəndaş qarşıdurması yaratmaq istəyən istənilən şəxs qanun qarşısında cavab verməlidir: "Radikal müxalifət öz məqsədlərini reallaşmaq üçün istənilən yola əl atıb, ictimai asayişi pozmağa cəhd edir. Bu yolverilməzdir".

C.Osmanov vurğulayıb ki, görünür Prezident İlham Əliyev tərəfindən rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatları genişləndirdikcə, radikal qruplar daha da aqresivləşir, müqavimət göstərməyə cəhd edirlər: "Lakin, bu qrupların nə yanvarın 19-da "məhsul" mitinqi, eləcə də ümumxalq hüzn günü qarşıdurma yaratmaq istəkləri alınmadı. Çünki, Azərbaycan xalqı dövlət başçısının ərafında sıx birləşərək, həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyir. Ölkəmizdə xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31