Bu obyektlər 10 il müddətində təyinatını dəyişdirə bilməyəcəklər
25 Yanvar 2019 15:10 Siyasət"Gənclər siyasəti haqqında" qanuna dəyişiklik təklif edilir."Olaylar"ın məlumatına görə, qanunun 13-cü (Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı) maddəsinə əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Dəyişikliyə əsasən isə bu müddətin 10 il olması təklif olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31