Deputat: “İş təcrübəsi” tələbi aradan qaldırılmalıdır”
25 Yanvar 2019 14:27 Siyasət"Bizdə ali məktəbləri yeni bitirən gənclər işlə təmin olunmaq üçün müraciət zamanı iş təcrübəsi problemi ilə üzləşirlər". "Olaylar"xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin yanvarın 25-də keçirilən iclasında deputat Azər Badamov "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputatbildirib ki, gənclərimiz işlə təminat məsələsində çətinliklərlə üzləşirlər: "Onlar ali məktəbləri bitirib, işlə təmin olunmaları üçün müvafiq qurumlara müraciət edəndə "iş təcrübəsi" şərti, baryeri ilə üzləşirlər. Yəni, onlar qarşısında iş təcrübəsinin olub-olmadığı şərti qoyulur. Axı, onlar ali məktəbləri yeni bitiriblər, haradan iş təcrübələri olsun? Ona görə hesab edirəm ki, bu məsələ, bu baryer aradan qaldırılmalıdır".