"Milli Şura əlverişli şəraitdən sui-istifadə etdi"

"Azərbaycan istənilən şəxsin, o cümlədən də siyasi müxalifətin öz etirazını ifadə etməsi üçün təminat verən bir ölkədir. Vətəndaşlarımız da bu təminatdan istədikləri zaman yararlanırlar. Lakin bəzi şəxslər və qurumlar, təəssüflər olsun ki, həddini bilməzlik edir, yaradılan şəraitdən sui-istifadə edirlər. Belə davrananlar arasında Milli Şura adı altında fəaliyyət göstərən qruplaşma da gözə dəyir".

Bu fikirləri Olaylar.az-a siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Milli Şuranın yanvarın 19-da təşkil etdiyi mitinqə Bakı şəhər rəhbərliyi izn verdi, təhlükəsizliklərini təmin etdi. Lakin bu adamlar yaradılan əlverişli şəraitdən sui-istifadə etdilər: "Mitinqin ardında küçələrdə şüarlar qışqırdılar, hətta yaxınlıqdakı metro stansiyasında qarışıqlıq salmağa cəhd göstərdilər. Bu azmış kimi, 20 yanvar günü Şəhidlər Xiyabanını ziyarət sırasında təxribat törətdilər. Ona görə də düşünürəm ki, Bakı şəhərinin rəhbərliyi bu adamların bu cür aksiyalar keçirməsinin qarşısını qanuni yollarla alarsa məqsədəuyğun olar. Əks təqdirdə bunlar şəhərdə ictimai asayişi pozacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31