Milli Məclis fevralın 1-də toplaşacaq

Azərbaycan Milli Məclisinin 2019-cu ildə ilk plenar iclasının gündəliyi müəyyənləşib. SİA-nın məlumatına görə, yaz sessiyasında fvrealın 1-də baş tutacaq ilk iclasın gündəliyinə 38 məsələ daxildir. "Olaylar" xəbər verir ki, bunlar MM-in komissiyalarının tərkibin növbəti il üçün yenidən təsdiq edilməsi, yaz sessiyasının qanunvericilik işlər planının təsdiq edilməsi, parlamentin boş qalan komitə sədrlərinin müavinləri vəzifəsinə namizədlərin təsdiqi, "Dövlət borcu haqqında", "Patent haqqında", "Reklam haqqında" və bir sıra qanunlara, o cümlədən Ailə, İnzibati Xətalar və Mənzil məcəllələrində bir sıra dəyişikliklərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31