Deputat: “Qanunları qəbul etmişik, onların necə işləməsinə də diqqət edək"
“Bəzən məmurlar prezidentin bütün əməyini yerə vururlar. Sosial şəbəkələrdə əhaliyə verilən heyvanların qoca olması ilə bağlı şəkillər düzülür. Həmin heyvanlar həqiqətən də qocadır”.
24 Yanvar 2019 15:20 Siyasət"Bəzən məmurlar prezidentin bütün əməyini yerə vururlar. Sosial şəbəkələrdə əhaliyə verilən heyvanların qoca olması ilə bağlı şəkillər düzülür. Həmin heyvanlar həqiqətən də qocadır".
"Olaylar"ın xəbərinə görə, bunu deputat Araz Əlizadə Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi düşünmədən qərar qəbul edib və əhaliyə yerli heyvanlar verir: "Əslində, cins heyvanlar verilməlidir ki, onlar sürülərini inkişaf etdirsin. Axı sən bu heyvanları öz cibindən almırsan! Buna büdcədən pul ayrılır. Deyirlər ki, sənə verilən heyvan xəstədirsə, ver bizi məhkəməyə. Yerli bazara kəsilmək üçün heyvan çıxarırlar. Onların da qiyməti 600-700 manatdır. Amma nəzərdə tutulmuş minlik heyvanlardır. Xəstə heyvanlarla o ailə evini necə dolandırsın? Necə inək vermisiz? Niyə insandan soruşmurlar ki, bu malın keyfiyyəti nədir? Soruşmurlar ki, bunla qazana biləcəksən, məhsul götürə biləcəksən? Gəlin, cənab prezidentin əməyini yerə vurmayaq. Gəlin Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin işinə diqqət yetirək. Qanunları qəbul etmişik, onların necə işləməsinə də diqqət edək".