Deputat: “Əksəriyyət sosial ipotekadan yararlana bilmir”
Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova komitənin iclasında özəl sektorda çalışanların və bütün gənclərin sosial ipotekadan yararlanmaq şansı verilməsi təklifi ilə çıxış edib. “Olaylar”ın xəbərinə görə, deputat çıxışında ona müraciət edən şəxslərin əksəriyyətinin sosial ipotekadan yararlana bilmədiklərini bildirirlər: “Özəl sektorda işləyən, məişət sektorunda çalışanlar sosial proseslərdən kənar qalırlar. Cavan ailələr və ya tək analar sosial ipoteka ala bilməmələrindən narazılığını ifadə edirlər. Onlara sosial ipoteka verilmir. Mənə elə gəlir ki, sosial ipoteka bütün gənc ailələrə verilməlidir. Özəl sektorda işləyən insanların sayı milyonlarladır. Bu sektorda çalışanlar özləri özlərini təmin edir, dövlətə xeyr gətirir, onlar da sosial yardımlardan yararlanmalıdırlar”.
24 Yanvar 2019 15:12 SiyasətMilli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova komitənin iclasında özəl sektorda çalışanların və bütün gənclərin sosial ipotekadan yararlanmaq şansı verilməsi təklifi ilə çıxış edib. "Olaylar"ın xəbərinə görə, deputat çıxışında ona müraciət edən şəxslərin əksəriyyətinin sosial ipotekadan yararlana bilmədiklərini bildirirlər: "Özəl sektorda işləyən, məişət sektorunda çalışanlar sosial proseslərdən kənar qalırlar. Cavan ailələr və ya tək analar sosial ipoteka ala bilməmələrindən narazılığını ifadə edirlər. Onlara sosial ipoteka verilmir. Mənə elə gəlir ki, sosial ipoteka bütün gənc ailələrə verilməlidir. Özəl sektorda işləyən insanların sayı milyonlarladır. Bu sektorda çalışanlar özləri özlərini təmin edir, dövlətə xeyr gətirir, onlar da sosial yardımlardan yararlanmalıdırlar".
E.Axundova çıxışı zamanı ölkədə aparılan struktur islahatların təqdirəlayiq olduğunu dilə gətirib. İxtisar olunan işçilərlə bağlı məsələyə toxunan deputat söyləyib ki, ixtisar olunan işçilər nazirliklərdə, qurumlarda yerləşdirilməlidir: "Qurumlarda boş yerlər çoxdur. Həmin adamları boş yerlərə yerləşdirmək lazımdır. Cənab Prezident də sərəncamında qeyd edib ki, həmin qurumlarda ixtisar olunanlar boş yerlərdə işlə təmin olunmalıdır. İnsanları küçəyə atmayın. Mən qorxuram ki, bu ixtisarlar bizə baha başa gəlsin. İxtisar olunan insanların aqibətini düşünmək lazımdır".