"Azərbaycan vətəndaşı ölkə başçısının apardığı siyasətdən tam razıdır"

Azərbaycan Prezidenti cənab İlham Əliyev Davosa səfəri çərçivəsində Çinin CGTN televiziyasına müsahibə verdi və bildirdi ki, Azərbaycana qarşı təhdidlər mövcud olub və bundan sonra da mövcud olacaq. Biz hər deyilənin dalınca getməməliyik əksinə biz özümüzü öz işimizlə təqdim etməliyik. Ölkə başçısının bu fikirləri çox düzgün ifadə olunub". Bunu millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, bu gün cənab Prezidentin rəhbərliyi altında ölkədə aparılan sosial-iqtisadi inkişaf və təmin olunmuş siyasi sabitlik xarici ünsürlərin ölkəmizə yönəldilmiş təxribat kampaniyalarına layiqli cavabdır: "Biz ölkəmizin inkişafını həyata keçiririk. Bu gün Azərbaycan bütün sahələri inkişaf edir. Dövlətimizin xeyli uğurları olub. Təbii ki, bu uğurlar bundan sonra da olacaq. Əgər biz ölkəmizin inkişafını xarici ünsürlərin dediklərinə qulaq asmadan davam etdirsək təbii ki, onların istəkləri heç zaman reallaşmayacaq. Bu gün Azərbaycan vətəndaşı ölkə başçısının apardığı siyasətdən tam razıdır. Xalqımız o xarici ünsürlərin ölkəmiz haqqında dediyi ifadələrlə heç zaman razılaşmır və onu qətiyyətlə pisləyir. Mübarizəmizin effektli olmasını ancaq ölkəmizin güclənməsində görürəm. Ölkəmiz nə qədər güclü olduqca, nüfuzlu olduqca bizə qarşı yönələn kampaniyaların da sayı artacaq. Biz sadəcə olaraq bunlara fikir verməməliyik və daxili, beynəlxalq əlaqələrimizi möhkəmləndirməliyik".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31