Musa Quliyev: " Özünəməşğulluqla bağlı parlamentdə dinləmələr təşkil edək”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev sosial şəbəkələrdə özünəməşğulluq proqramı çərçivəsində əhaliyə verilən ev heyvanlarından narazılıq edilməsi məsələsinə münasibət bildirib. "Olaylar"ın xəbərinə görə, komitənin yanvarın 24-də  keçirilən iclasında çıxış edən M. Quliyev bununla bağlı dinləmələrin keçirilməsinin vacibliyini qeyd edib: "Bu narazılıqların nə qədər əsaslı və ya obyektiv olduğunu bilmirəm. Biz qoca heyvanların da şəklini sosial şəbəkədə görürük. Bunlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha interaktiv işlər görməlidir. Mətbuata xidmət işini yaxşı görür, amma bu məsələlərə daha operativ cavab verilməlidir. Çünki bu cənab prezidentin gözəl bir layihəsidir. Biz çalışmalıyıq ki, özünəməşğulluqla bağlı parlamentdə dinləmələr təşkil edək və məsələləri birlikdə müzakirə edək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31