Xırda məsələləri böyüdənlər

Deputat: ”Qayadan qoparılan kiçik bir hissədir”

Deputat: "Qayadan qoparılan kiçik bir hissədir"

"2018-ci il Azərbaycanda böyük uğurlarla yadda qaldı. Hesab edirəm ki, 2019-cu il də ötən ilki uğurların davamı olaraq Azərbaycan tarixinə yazılacaq". "olaylar" xəbər verir ki, bunu  Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü, deputat Jalə Əliyeva komitənin iclasında çıxış edərkən deyib. 2018-ci ildə sosial problemlər əlaqədar çox əhəmiyyətli qanunların qəbul olunduğunu, əhalinin daha yaxşı yaşaması baxımından əhəmiyyətli sərəncamların imzalandığını deyən J. Əliyeva söyləyib ki, ölkədə DOST xidmətinin yaradılması hər evə öz yardım əlini uzatdı: " Ötən il əlilliyi olan şəxslər, tibbi sığorta ilə bağlı atılan addımlar Azərbaycanda yardıma ehtiyacı olan təbəqəyə göstərilən böyük diqqətin nümunəsidir. Azərbaycanın uğurları gördüyü işlər o qədər böyükdür, bu işləri bir kənara qoyub xırda məsələləri böyüdənlər atalar sözündə deyildiyi kimi qayadan qoparılan kiçik bir hissədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31