Paşinyan İlham Əliyevlə görüşündən danışdı - VİDEO
23 Yanvar 2019 16:55 SiyasətErmənistan baş naziri Nikol Paşinyan "Facebook" hesabında canlı yayım zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutan görüşün təfərrüatından danışıb və görüşdən sonra bəzi vətəndaşların və ekspertlərin narahatlıqlarına cavab verib.
Paşinyan İlham Əliyevlə danışıqların konkret detallarını deyil, yalnız hazırkı danışıqlarda tərəflər üçün qəbul edilən və ya qəbul edilməyən yanaşmaları müzakirə etdiyini bildirib.
O deyib ki, görüşün anonsunun verilməməsinə səbəb əvvəlcədən planlaşdırılmaması olub.
Forum sədri iki dövlət başçısına müraciət edərək, onların görüşə qarşı olub-olmadığını dəqiqləşdirib və daha sonra belə bir görüş təşkil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31