Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi hesabat verdi

Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2018-ci ilin yekunlarını müzakirə edib. "Olaylar" xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Əziz  Zeynalov   bildirmşdir ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra  abadlıq, quruculuq və yenidənqurma işləri aparılmışdır. Belə ki,  vətəndaşların müraciətləri nəzərə alınaraq nümayəndəliyin xidməti ərazisində 3600 kv.m (M.Sənani, Mərdanov qardaşları, C.Səlimov küçələri) asfalt örtüyü vurulmuş, tamet daşları döşənmiş ,  Koroğlu, Zorge, Sevil və Şevçenko adına parklara və Səməd Vurğun  küçəsinə 25 min ədəd mövsümi çiçək əkilmişdir.

Qış mövsümü ilə əlaqədar inzibati ərazidə ayrı-ayrı ünvanlarda 820 kv.m dam örtüyü,  252 p.m su xətti,  42 p/m kanalizasiya xətti, 645 p/m istilik xətti, 26 p/m suaxıdıcı boru,  264 p/m navalça,  38 ədəd giriş qapısı, 66 ədəd girişdə pəncərə, 63 kv.m keçid meydançası təmir edilmiş, 312 kv.m ümumi istifadə yerləri şüşələnmişdir. 7410 p/m ventilyasiya kanalları və tüstü bacaları təmizlənmişdir. Ərazidə olan əksər küçələrin kəsişməsində təşəbbüskarı "H.Əliyev fondu"-nun vitse prezidenti Leyla xanım Əliyeva olan əlillərin səkiyə əlil arabası ilə çıxması üçün panduslar quraşdırılmışdır. S.Vurgun  küçəsi 1006-cı məhəllədə yerləşən H.Əliyev adına Müasir Təhsil Kompleksi sökülərək yenidən tikilib  istifadəyə verilmiş, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər. Ərazidə mühüm əhəmiyyətə malik olan obyektlərdən Bakı Metropoliteni Qapalı Səhimdar Cəmiyyətinin Bənövşəyi xəttində B-3 stansiyası və Akademik Həsən Əliyev  küçəsində sökülmüş Dövlət İmtahan Mərkəzinin  inzibati binasının yerində yeni binanın tikintisi işi davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31