Azərbaycanın hüquqi dövlət olduğu hər kəsə nümayiş etdirildi
22 Yanvar 2019 17:20 Siyasət"Azərbaycan Prezidenti tərəfindən Mehman Hüseynovun işinin nəzarətə görürülməsi ilə bağlı verilən tapşırıq bu iş ətrafında ölkə daxilində və xaricində yaradılan süni canfəşanlığa son qoydu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndə heyətinin sədrinin müavini Tahir Mirkişili deyib: "Prezidentin humanizm siyasəti hər bir Azərbaycan vətəndaşı kimi Mehman Hüseynova da şamil edildi, onun müaricətinə müsbət cavab verildi. Azərbaycanı sevməyən və hər imkanda onu qaralamağa çalışan qüvvələrin səyi bu dəfə də boşa çıxdı. Azərvaycanın hüquqi dövlət olduğu və ölkədə hüquqla yanaşı humanizm prinsiplərinin hakim olduğu bir daha hər kəsə nümayiş etdirildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31