Mehmanın “hüquqlarını” qorumaq, yoxsa ölkədə çaxnaşma yaratmaq cəhdi?

Vətən, millət, dövlət, xalq anlayışı belə şəxslərə yaddır Dövlət müstəqilliyimizin bərpasından ötən müddət ərzində ölkəmiz böyük və uğurlu inkişaf yolu keçib. Sosial-iqtisadi inkişafımızın fonunda şəhər və rayonlarımız simasını dəyişib, nəzərəçarpacaq dərəcədə yeniləşib. Ölkəmizin beynəlxalq imici artıb, dünyada söz sahibinə çevrillib. Təəssüf ki, bu inkişafı görmək istəməyən müzalifət öz ampulasında qalmaqdadır.

Vətən, millət, dövlət, xalq anlayışı belə şəxslərə yaddır

Dövlət müstəqilliyimizin bərpasından ötən müddət  ərzində ölkəmiz böyük və uğurlu inkişaf yolu keçib. Sosial-iqtisadi inkişafımızın fonunda şəhər və rayonlarımız simasını dəyişib, nəzərəçarpacaq dərəcədə yeniləşib. Ölkəmizin beynəlxalq imici artıb, dünyada söz sahibinə çevrillib. Təəssüf ki, bu inkişafı görmək istəməyən müzalifət öz ampulasında qalmaqdadır. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yanvarın 19-da yenidən təkrarlandı.  Bəri başdan xatırladaq ki, mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Belə ki, ütün müxalifət partiyalarının, onların ətrafında olan müxtəlif təşkilatların birgə keçirdiyi mitinqdə  cəmi 2800 nəfər iştirak edib. Vəkil Rövşən Qasımov bildirib ki, Azərbaycanın cəbhə xəttində və danışıqlar masası arxasında mühüm üstünlük əldə etdiyi məqamda Əli Kərimli və Milli Şüra daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürür. Əli Kərimli minlərlə Azərbaycan gəncinin qanına susamış əsl düşmən, milli satqındır.  Bu psevdovətənpərvərlərin belə çirkin və xəyanətkar əməllərini gördükdə adamın yadına məşhur filmimizdə Rüstəm kişinin Yarmammədə dediyi sözlər düşür: "Sən nə zəhərli ilanmışsan əəəə...." Deyəsən, bunlardan zəhərliləri hələ daş altında yatırlar. Belə getsə, onlar da tezliklə üzə çıxacaqlar.Vətən, millət, dövlət, xalq anlayışı belə şəxslərə yaddır. Onlar üçün yeganə məqsəd ən çirkin vasitələrə əl atmaqla, küçə tərbiyəsi səviyyəsində "mübarizə" aparmaq, bunun müqabilində Con dayılarından, Haykanuş xalalarından 5-10 min avro "qopartmaqdır. Belə ki, Mehman Hüseynov məsələsindən istifadə edərək dövlətimizə qarşı növbəti qarayaxma kampaniyasının ABŞ-da bir qəzetin redaksiya məqaləsindən və ermənipərəst bir konqresmenin növbəti bəyanatından başqa heç bir nəticəsi olmadı. Bunun dərin və ciddi səbəbləri var. İlk növbədə onu demək lazımdır ki, üzərində antidövlət kampaniyasının qurulduğu Mehman Hüseynov barədə bir sıra informasiyaların yanlış olduğu üzə çıxdı. Məlum oldu ki, Mehman media və peşəkar jurnalistikaya bağlı şəxs deyil, həbsxanada da aclıq keçirmir. Bu səbəbdən də əsası olmayan informasiyaların üstündə qurulmuş kampaniyaların uğursuzluğa məhkum olacağı əvvəlcədən məlum idi.

Onun bildiridiyinə görə, Azərbaycanda dağıdıcı müxalifətin "başında duran" və ictimai-siyasi sabitliyi pozmaq üçün min bir oyundan çıxan AXCP sədri Əli Kərimli və Milli Şüra ənənəsini davam etdirməkdədir. Bir müddətdir səs-səmiri çıxmayan Ə.Kərimli və Milli Şüra yenə mitinq (əgər buna mitinq demək olarsa) sevdasına düşüb. Üzdəniraq "liderlər"in yeni sevdası isə həm sosial şəbəkələrdə, həm də mətbuatda birmənalı qarşılanmayıb. Əksəriyyət bu mitinqin də digərləri kimi uğursuz və fiaskoyla nəticələnəcəyini bildirib:  "Mehman Hüseynovu əldə bayraq edərək Azərbaycan əleyhinə yenidən fəallaşmaq eşqinə düşən dağıdıcı müxalifətin 20 Yanvar faciəsindən bir gün qabaq kütləvi aksiyaya cağırış etmələri, "indi məqamdır" deyib fürsətdən yararlanmaq istəyindən başqa bir şey deyil. "Milli Şura"nın əsas idarəedici qüvvəsi olan Əli Kərimli heç öz yaxın silahdaşı Gözəl Bayramlı və ya Fuad Qəhrəmanlı, Seymur Həzi və digərlərinə görə aksiya təşkil etmirdi, necə oldu ki, Mehman Hüseynova görə belə əl-ayağa düşdü? Doğrudanmı, Mehmanın Əli Kərimliyə xidmətləri Gözəl Bayramlıdan, Fuad Qəhrəmanlıdan daha çox olmuşdu?! Halbuki hər iki şəxs elə Əli Kərimliyə görə cinayət törədib, onun güdazına gedərək həbsə düşdülər. Əli Kərimlinin və Milli şüranın ötən illər ərzində keçirdiyi mitinqlərə Azərbaycan ictimaiyyəti, xalqı dəstək verməyib. Müşahidələr zamanı görürük ki, belə mitinqlərə ictimaiyyət arasında maraq hər il daha da kəskin şəkildə azalır. Təbii ki, bunların çox çiddi səbəbləri var. Çünki Azərbaycan xalqı onun kimliyini çox yaxşı bilir və bu baxımdan da Əli Kərimlinin mitinq keçirmək təşəbbüsləri qeyri-ciddi qəbul olunur. İnsanlar Əli Kərimlinin və Milli Şüranın növbəti dəfə "mitinq" arzusunu partiya arayışının satılması kimi təqdim edirlər. Bilirsiniz ki, bu günə kimi Əli Kərimlinin Avropada yaşamaq istəyənlərə saxta partiya arayış verməsi ilə bağlı çoxlu sayda faktlar var. O, bu yolla ən yaxın qohumlarını, yerlilərini hələ bir neçə il bundan öncə Fransada, Hollandiyada yerləşdirə bilib. Belə olan halda, insanlar haqlı olaraq Əli Kərimliyə və Milli Şüraya gülür və qeyd edirlər ki, 500-1000nəfərlik mitinq etməyin nə mənası var?! Hətta Əli Kərimlinin və Milli Şüranın yanında olan bir neçə şəxsin mitinqə qatılmayanlarla bağlı yazdıqları fikirlər belə insanlar tərəfindən çox sərt şəkildə qəbul edilir. Çünki onlar mitinqə qatılmayanlar haqqında təhqiramiz ifadələr işlədirlər. Təbii ki, Əli Kərimlinin və Milli Şüranın ətrafında bu cür şər-böhtançı insanların olması normal haldır. Onun yanında yalnız bu tərbiyənin sahibi olanlar qala bilər. Əli Kərimli illərdir yaxın ətrafında olan insanlara xəyanət edir. O kimlərə xəyanət etmədi? Öz sədri Əbülfəz Elçibəydən tutmuş, onun üçün sinəsini güllə qabağına vermiş bütün insanlara xəyanət edən birisidir. Satqın və xəyanətkarlar isə heç zaman unudulmurlar".

R.Qasımov bildirib ki, kifayət qədər faktlara əsaslanan amillərdən biri də budur ki, birillik AXC-Müsavat hakimiyyətinin bəzi təmsilçiləri istər iqtidarda olduqları dövrdə, istərsə də müxalifətdə olduqları zaman yalnız anti-milli, dağıdıcı mövqe tutaraq, Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstəriblər: "O da sirr deyil ki, müxalifətçi partiya sədri adı altında maskanalanan Kərimli və onun yandaşları, ümumiyyətlə yaxın ətrafı qarşısında dayanan əsas məqsəd dövlətimizin strateji hədəflərinin sabotaj olunması, dövlətimizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzuna xələl gətirməsidir. Bu baxımdan, biz çoxsaylı sübutlar gətirməklə nəticəyə gələ bilərik ki, Əli Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Artıq bu, bir aksiomaya çevrilib. Beynəlxalq ictimaiyyət münaqişənin yenidən alovlanması səbəblərinə obyektiv yanaşıb, ölkəmizin davamlı xarakter daşıyan erməni təxribatlarına cavab hüququnu tanıyıb və dəstək verib. ABŞ-ın yüksək siyasi dairələri və diplomatları, Rusiya dairələri, BMT, AŞPA, ATƏT və s. kimi nüfuzu təşkilatlar Ermənistanı işğal altında saxladığı ərazilərdən çıxmağa səsləyir. Məhz bununla da Azərbaycan uzun illərdən bəri formalaşmış "məğlub tərəf" stereotipini sındırdı və isbatladı ki, istənilən anda torpaqları geri almaq iqtidarına malikdir. Hazırda Azərbaycanın əldə etdiyi üstün mövqeyə dəstək vermək əvəzinə, Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP, Milli Şüra onun sosial mediadakı söyüş qrupları tam əks-mövqe tutaraq, erməni dəyirmanına su tökməklə məşğuldurlar. Bununla, qaragüruhçu dəstə xalqın Azərbaycan Prezidentinin yürütdüyü siyasətə etimadının və dəstəyinin daha da yüksəldiyi, cəmiyyətlə hakimiyyət arasında birliyin daha da sıxlaşdığı, Milli Ordumuzun zəfərinin xalqda yüksək əhval-ruhiyyə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağına böyük inam yaratdığı bir vaxtda, Əli Kərimli əsl düşmən xislətini bir daha açıq şəkildə ortaya qoymuş olur. Əsl düşmən kimi uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verməklə və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərməklə antiAzərbaycan qüvvələrə xidmətə davam edirlər. Xəyanətin, satqınlığın bir bumeranq effekti var. Yəni xəyanət edən özü də nə vaxtsa əməllərinin bədəlini ödəmiş olur. Ona görə də aqillərimiz deyib ki, etmə, sənə də edərlər. AXCP sədri Ə.Kərimlinin xəyanətlərini sadalamaqla bitməz. Bu zat öz əməlləri ilə adını Azərbaycanın siyasi tarixinə xəyanətkar kimi yazdırıb. Təəssüf ki, Ə.Kərimli tarixin ibrət dərslərindən nəticə çıxarıb bu cür xəyanətkar əməllərindən hələ də əl çəkmir. Bütün bu baş verənlərin fonunda düşünürsən ki, antiAzərbaycan dairələrin beş-on quruşu ilə öz xalqına, dövlətinə və dövlətçiliyinə xəyanət edən, "demokratiydan", "insan haqları"ndan dəm vuran, haray-həşir salan bu əqidəsiz, məsləksizlərin yaxasından tutaraq onların üzünə demək lazım "Vətən namusdur. Namus isə satılmaz".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31