Parlament daha iki yeni qanunu müzakirəyə çıxara bilər

Milli Məclisdə daha iki yeni qanun layihəsi müzakirələrə çıxarıla bilər. Bunlar Milli Məclisin (MM) Mədəniyyət komitəsinin hazırladığı "Yazılı abidələr haqqında" və  "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihələridir. "Olaylar"ın xəbərinə görə, bu barədə məlumata verən adıçəkilən komitənin sədri Rafael Hüseynov bildirib ki, hər iki qanun layihəsinin komitənin gündəmindədir. R. Hüseynov xüsusilə, yazılı abidələrlə bağlı sənədin uzun illərdir müzakirə mövzusu və ortada olduğunu bildirib. Adıçəkilən qanun layihəsinin təşəbbüskarının və müəllifinin də özü olduğunu qeyd edən komitə sədri bu sənədə ciddi ehtiyac duyulduğunu əlavə edib: "Yaxın gələcəkdə sözügedən qanun layihəsinin də müzakirələrə çıxarılması və plenar iclasa tövsiyə olunması mümkündür". Həmçinin, kabel şəbəkəsi yayımı ilə bağlı qanun layihəsinə toxunan komitə sədri burada bəzi  mübahisəli məqamların mövcudluğunu və aidiyyəti qurumlarla bu məsələlərin həllinə nail olmunmasına çalışıldığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31