Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atanlar

AntiAzərbaycan dairələrin sifarişi ilə işləyən vətən xainlərinin məqsədi nədir?

AntiAzərbaycan dairələrin sifarişi ilə işləyən vətən xainlərinin məqsədi nədir?

Vəkil Rövşən Qasımov bildirib ki, artıq mühüm siyasi hadisələr, beynəlxalq tədbirlər ərəfəsində olan ölkəmizin antiAzərbaycan qüvvələr tərəfindən hədəfə alınması ənənəyə çevrilib: "Hesab edirəm ki, Mehman Hüseynovun hazırda üzləşdiyi durum siyasi manipulyatorlar üçün qida mənbəyi olmaqdan çıxmalıdır. Əksəriyyət özünü elə aparır ki, guya Mehmanın azadlığı üçün çalışırlar. Əslində isə həmin o insan haqları dəllallarının məqsədi bu olayı daha da körükləndirib para qazanmaqdır. Düzdür, Mehmanın azad olunması üçün səmimi çalışanlar da yox deyil. Lakin onların səsi ümumi xorda o qədər də eşidilmir. Eşidilərdi, sadəcə o küyçülər buna da imkan vermirlər. Mehmandan istifadə edib Azərbaycanın beynəlxalq aləmdə olan imicini zərbə vurmağa cəhd edənlər onu yağlı tikə kimi antiAzərbaycan təqdim etməklə sadəcə Azərbaycanın bu gününə xəyanət etmirlər. Onlar  həm də Azərbaycanın keçmişinə, gələcəyinə xəyanətkar mövqedədirlər. Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atan bu üzdəniraq satılmışlar öz xislətlərinə sadiq qalaraq dağıdıcı, qeyri-konstruktiv əməllərini şər-böhtanın, "qara piar"ın, ən başlıcası isə öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndiriblər. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və antiAzərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar".

R.Qasımov qeyd edib ki, nə vaxta kimi bu kəsimlər  millətimizin dərdini çəkməyi deyil,  Vətəni hərraca çıxarmağı özünə vəzifə biləcək?  "Müqəddəs dəyərlər - Vətən, torpaq, dil, din, millət, ana, valideyn, ailə, namus, qeyrət, şərəf, ləyaqət, mənlik... Hər birimiz üçün bunlar müqəddəs dəyər sayılmalıdır. Müqəddəs dəyər hesab etdiyimizin uğrunda çarpışmalı , onu qorumağa çalışmalıyıq. Bu gün radikal müxalifət cəbhəsində "qeyrət" anlayışı çox dar çərçivədə başa düşülür. Çoxları qeyrətli olmaqı ancaq öz ailəsinə, yaxın adamlarına söz deyilməsinə imkan verməməkdə görür. Amma qeyrətli olmaq təkcə budurmu? Qeyrət anlayışı çox geniş mövzudu. Bura Vətən qeyrəti, Xalq qeyrəti , dini qeyrət, ailə qeyrəti, dosta-qardaşa qarşı qeyrətli olmaq da daxildir. Bəzi radikal müxalifətçilətdə avropa psixolgiyası o qədər üstünlük tapıb ki, onlar Vətənə qarşı qeyrətsizliyə adət kimi baxırlar. Bu isə qeyrətsizliyin ən mühüm acı nəticələrindən biridir. Əgər hər hansı bir radikal müxalifət cəbhəsində VƏTƏN namusunu, Vətəni və ya dini qoruyanlara qarşı mübarizə gedirsə, deməli düşmən artıq radikal müxalifət vasitəsilə ölkəyə daxil olmaq ərəfəsindədir. Belə halda imkan verilməməlidir ki , Azərbaycanı beynəlxalq aləmdə biabr etmək üçün onlardan istifadə etsinlər. Bu hal ən azı o ölkənin torpağının qorunması uğrunda canlarından keçmiş şəhidlərə ehtiramsızlıq və hörmətsizlikdir.  Bu kimi hərəkətlər, Azərbaycanın  adına və nüfüzuna ləkə gətirməkdən başqa bir şey deyil".

Onun sözlərinə görə, Vətən qeyrəti olan hər bir kəs vaxtı gələndə vətənin müdafiəsinə qalxmalıdır. Amma bəzi hallarda kimlərsə əksinə ya pul, yada ki, nəyinsə müqabilində anti Azərbaycan qüvvələrə xidmət edir və onlara yarınmağa çalışırlar: "Doğurdanmı bu gün radikal müxalifət düşərgəsində müqəddəs dəyərlər deqredasiyaya uğrayır? Torpaq, Vətən, ailə, ana, dil, millət, namus, qeyrət kimi dəyərlər uğrunda çarpışmağa onlar hazır deyil? Azərbaycanda müxalifət düşərgəsində bu gün müqəddəs dəyərlər qalıbmı?  Çox təəssüflər olsun ki, onların uğrunda çalışan müxalifətçilərin sayı da günü-gündən azalır. Digər tərəfdən, radikal müxalifət öz millətinə, xüsusilə radikal müxalifətin rəhbərlərinin əksəriyyəti Azərbaycan millətinə xor baxmağa başlayıb. Onların məqsələri bir cəbhədə birləşir. Azərbaycanı beynəlxalq aləmdə nifuzdan salmaq, adi cinayət hadisələrini siyasiləşdirmək , bu hadisəni törədənləri azadlıq "mücahidi" kimi təqdim etməklə Azərbaycan əlehinə beynəlxalq təşkilatlarda müzakirə etmək üçün faktlar verməyə cəhd edirlər. Azərbaycan müxalifəti çox ciddi deformasiyaya məruz qalıb. Bu günki radikal müxalifət Azərbaycana xidmət edən müxalif qüvvə deyil. Çünki radikal müxalifətdə Vətənə, vətənpərvəliyə də münasibət xeyli dəyişib. Buna da səbəb xaricdən gələn antiAzərbaycan qüvvələrin diqtəsindən qaynaqlanan yanaşmadır. Lakin bütün sadalananlara baxmayaraq mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu üzdəniraqların ölkəmizin əleyhinə apardıqları çirkin təbliğat xalq-iqtidar birliyinin sarsılmaz qayasına çırpılaraq darmadağın olur. Cəmiyyətimiz belə düşmən qüvvələrin, antimilli ünsürlərin, Vətən əxlaqını itirənlərin məkrli niyyətlərinə, oynadıqları oyunun hər detalına, mexanikasına yaxşı bələd olduğundan onların bütün məkrli planlarının pozulmasına böyük dəstək verib və bundan sonra da verəcək".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31