"Prezident yalnız Azərbaycan xalqının rifahı naminə çalışır"

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətin daha bir təzahürüdür". Bunu  millət vəkili Jalə Əliyeva deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti və şəxsən cənab Prezident davamlı olaraq aztəminatlı ailələrə güzəştlər həyata keçirir və bununla bağlı sərəncamlar verir: "Təbii ki, bu son sərəncam da həmin sərəncamların davamı kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, həqiqətən də Azərbaycanda hər bir vətəndaşın həyatı, yaşayışı, güzəranı dövlət başçısının diqqət mərkəzindədir. də Cənab Prezidentin özünün də qeyd etdiyi kimi o hər bir Azərbaycan vətəndaşının prezidentidir. Bu il ölkə başçısının hakimiyyətə gəlişinin 15 ili tamam olmaqla bərabər həm də ad günüdür. Bu münasibətlə biz cənab Prezidenti ürəkdən təbrik edir. Ölkə rəhbərinin atdığı bütün addımlar onu göstərir ki, o həqiqətən də ilk gündən and içdiyi vədinə sadiq qalıb və gecə-gündüz Azərbaycan xalqının rifahı naminə çalışır. Beləliklə, cənab Prezidentin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Sərəncamı yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir və aztəminatlı ailələrin rifah halının yüksəldilməsinə xidmət edir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31