"Hər birimiz Prezidentin bu addımını alqışlamalıyıq"
21 Dekabr 2018 14:58 Siyasət"Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıcaq istiqamətlərindən birini təşkil edir". Bunu millət vəkili Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, aztəminatlı ailələrimiz, şəhid, Qarabağ əlilləri olan ailələrimiz, hərbçi ailələrimiz hər zaman cənab Prezidentimiz İlham Əliyevin diqqətində olublar və həmişə də ölkə başçısı onlara bütün sahələrdə lazımi köməkliyini göstərib. Bu da həmin istiqamətlərdən birini təşkil edir. Cənab İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Sərəncamına əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Bu həmin ailələrimizə bir növ bayram hədiyyəsi idi. Hesab edirəm ki, bizlər hər birimiz bu addımı alqışlamalıyıq və cənab Prezidentimizə minnətdarlığımızı bildirməliyik. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5,0 (beş) milyon manat ayrılacaq".
SİA