İşıqlı gələcəyə yol açan insan
21 Dekabr 2018 14:01 SiyasətDekabrın 24-ü prezident İlham Əliyevin doğum günüdür
O, güclüdür- rəqiblərinə baxanda bunu aydın görmək olur...
O, müdrikdir- işıqlı gələcəyə yol açır...
O, mərhəmətlidir- əhv etməyi bacarır...
Qazilərə, köçkünlərə, hərbiçilərə ev verilir, üstəgəl avtomobillər- heç bir ölkənin rəhbəri bu səxavəti göstərməyib...
Böyük işlər görülür- yollar, körpülər, məktəblər, bağçalar, xəstəxanalar, salınan şəhərciklər buna bariz nümunədir...
Yaxşıları dəyərləndirmək asandır, pisləri cəzalandırmaq çətin- bilmir ki, bilmir-lər baş aparır...
Hamının sevimlisi olmaq mümkün deyil- aramızda nadanlar, xəbislər, naşükürlər var...
Hamını sevmək də olmur- naxələf, namərd, satqın az deyil...
Müstəqilliyi qorumaq çətindir- şimal, cənub, şərq, qərb. Axı qonşuların hamısı dost deyil. Üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da...
Heç bir rəhbərin əlində sehirli çubuq yoxdur- ölkə zaman-zaman dirçəlir, inkişaf edir...
Hər bir ölkəni təmsil edən simvollar var- himn, bayraq, gerb və prezident!
Bu simvolların canlısı, ən cavanı, prezident İlham Əliyevi 57 yaşı münasibəti ilə təbrik edir, ona yeni ildə möhkəm can sağlığı arzulayırıq.
Elman Eldaroğlu,
ABŞ, Miçiqan