Hər bir azərbaycanlı ölkədə yürüdülən uğurlu sosial siyasətin bəhrəsini görür
Hikmət Şikarov: “Ölkə başçısının “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” imzaladığı Sərəncam bu təbəqədən olan insanları daima diqqət mərkəzində saxlamasının bariz nümunəsidir”
21 Dekabr 2018 13:35 SiyasətHikmət Şikarov: "Ölkə başçısının "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" imzaladığı Sərəncam bu təbəqədən olan insanları daima diqqət mərkəzində saxlamasının bariz nümunəsidir"
"İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühümprinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq". Bu fikirləri Olaylar.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.
Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir
O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb. Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığın məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan əyani sübutdur. Ölkə başçısının "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" imzaladığı Sərəncam ilk növbədə cənab Prezidentin bu təbəqədən olan insanları daima diqqət mərkəzində saxlamasının bariz nümunəsi kimi dəyərləndirilə bilər. Bu Sərəncam bir daha təsdiq etdi ki, Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir.
Aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar ən müxtəlif formlarda hər zaman dövlət qayğısını hiss edirlər
Sədr qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkədə həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan uğurlu siyasət hər zaman sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının mütəmadi şəkildə artırılması, sosial təminat sisteminin daha geniş əhali kateqoriyalarına yönəldilməsi ilə müşayiət olunub: "Aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar da ən müxtəlif formlarda hər zaman dövlət qayğısını hiss edirlər. Bu siyasətin davamlı xarakter alması üçün dövlətimiz bütün uğurlu vasitələrdən istifadə edir və atılan addımların yaxın gələcəkdə daha çox səmərə verəcəyini artıq indidən proqnozlaşdırmaq olar. Belə ki, hər bir azərbaycanlı ölkədə yürüdülən uğurlu sosial siyasətin bəhrəsini qarşıdakı illərdə də görəcək".
Nigar Orucova