"Əhalinin sosial vəziyyəti dövlətin prioritet istiqamətidir"

"Azərbaycan müstəqilliyini elan etdikdən sonra dövlətin əsas prioritet istiqamətlərindən biri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması olub. Bu istiqamətdə müxtəlif xətlər üzrə iş aparılıb, şəhid ailələri, əhalinin aztəminatlı təbəqələri ilə bağlı konkret qanunlar qəbul olunur, sosial proqramlar həyata keçirilir". Bu fikirləri  "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Prezidenti İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Sərəncamına toxunan baş redaktor qeyd edib ki, 15 ildə ardıcıl olaraq həyata keçirilən, tədbirlər, icra edilən proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumu əhali nisbətində xüsusi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə düşüb.

Onun sözlərinə görə, dövlət başçısının ötən gün imzaladığı sərəncamı yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir və aztəminatlı ailələrin rifah halının yüksəldilməsinə xidmət edir.

Ölkəmizdə həyata keçirilən sosial proqramlardan jurnalistlərin də yararlandığını deyən İ.Quliyev söyləyib ki, 2007-ci ildə KİV-in İnkişafına Dövlət Konsepsiyası qəbul olunduqdan sonra, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb ki, bu fondun vasitəsilə media dövlətin imkanlarından öz sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün istifadə etməyə başlayıblar: "Bunun ən qabarıq nümunəsi jurnalistlərə mənzillərin verilməsidir. Jurnalistlər üçün iki bina istifadəyə verilib. Artıq 3-cü bina tikilir ki, yeni binanın 2020-ci ildə jurnalistlərin ixtiyarına verilməsi nəzərdə tutulur".

Baş redaktor söyləyib ki, mənzil təminatı çox dəyərli məsələdir: "Çünki, adi maaşla mənzil əldə etmək mümkün deyil. Bu baxımdan dövlət tərəfindən cəmiyyətin müxtəlif təbəqələrinin mənzillə təmin olunması böyük dəyərdir. Dövlətin bu jesti əhali tərəfindən çox yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan siyasətinin əsası sosial yönümlülük təşkil edir. Əminik ki, bu siyasət növbəti illərdə də davamlı olacaq".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31