"Prezident bütün təbəqələrdən olan insanlara diqqət və qayğı göstərir"
20 Dekabr 2018 15:41 Siyasət"Azərbaycan Prezidenti ölkənin bütün təbəqələrindən olan insanlara öz diqqət və qayğısını göstərir. Dövlət başçısı İlham Əliyev daha illər öncə bəyan etdiyi kimi , O hər kəsin Prezidentidir ".Bu fikirləri "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada jurnalistlərə xüsusi diqqət və qayğı var: "Jurnalistlərlə bağlı son dövrlərdə atılan addımları xüsusi qiymətləndirmək lazımdır. Qeyd etmək lazımdır ki, bu gün dünyanın müxtəlif ölkələrində jurnalistlərin siyasi dünya görüşlərinə görə onlar arasında fərq qoyulduğu halda, Azərbaycanda belə bir fərq qoyulmadan, istənilən təbəqəni, dünya görüşünü nümayiş etdirən insanlar tərəfindən xüsusi qayğı ilə əhatə olunurlar".
E.Mirzəbəyli söyləyib ki, ölkəmizdə jurnalistlər mənzillə təmin olunur, digər sosial problemlərinin həlli istiqamətində addımlar atılır, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə media layihələri maliyyələşdirilir, müxtəlif dövrlərdə müsabiqələr keçirilir, müsabiqələr yolu ilə yenə də jurnalistlər öz istedadlarının müqabilində qalib gələrək, müəyyən vəsaitlər əldə edirlər.
Onun sözlərinə görə, bu istiqamətdə çox konseptual fəaliyyət həyata keçirilir ki, bunu görməmək mümkün deyil: "Bu isə sübuta yetirir ki, Azərbaycan dövləti sosial mahiyyətli dövlətdir. O ilk növbədə öz vətəndaşlarının mənafeyini hər şeydən üstün tutur. Azərbaycan dövlətinin siyasətində insan faktoru ön yerdə dayanır. Biz cənab Prezidentin siyasətində bu faktorun hər zaman irəlidə getdiyinin şahidi oluruq".
SİA