“Gənclər siyasəti bütün dünya dövlətlərinə bir nümunədir"
20 Dekabr 2018 15:40 Siyasət"Azərbaycanın gənclər siyasəti bütün dünya dövlətlərinə bir nümunədir. Biz artıq dünya dövlətlərindən nümunə götürən yox, dünya dövlətlərinə nümunə göstərilən bir dövlətə çevrilmişik. Təbii ki, cənab Prezidentin aparmış olduğu gənclər siyasəti bunun bir bariz nümunəsidir". Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
"Bildiyiniz kimi 2018-ci ildə Gənclər Forumu keçirildi. Azərbaycanın bütün regionlarında keçirilən bu tədbir sonda paytaxt Bakıda Forumla yekunlaşdı. Gənclər nələr istəyirlər? Onlar Azərbaycanın gənclər siyasətində nələri görmək istəyirlər? Məhz bununla bağlı onlar öz təkliflərini yazıb bildirdilər. Cənab Prezident bunlara adekvat reaksiya verir. Bu il Azərbaycanda Gənclər Fondunun Prezident İlham Əliyevin təşəbbüsü ilə yenidən təsis olunması və səlahiyyətlərinin artırılması, sosial qayğıya ehtiyacı olan insanların təhsil haqqlarının ödənilməsi, xaricdə elmi-tədqiqat işləri aparmaq istəyən gənclərə qrantların verilməsi və gənclərə arzularını, təşəbbüslərini reallaşdırmaq üçün imkanlarının artırılması göz önündədir. Eləcə də idman, elm, təhsil sahəsində bizim bir çox nailiyyətlərimiz olub. Cənab Prezidentin Azərbaycan gənclər siyasətinə vermiş olduğu töhfə və diqqət, qayğı artıq öz bəhrəsini verməkdədir"-deyə, YAP GB sədri fikrini tamamlayıb.
SİA