Əhalinin sosial rifah halının yaxşılaşdırılması hər zaman diqqət mərkəzindədir

Azərbaycanda həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət bütün sahələrdə uğurlar, nailiyyətləri şərtləndirir və hər bir sahədə müsbət dinamika özünü göstərir. Həyata keçirilən islahatlar və görülən tədbirlər nəticəsində əldə edilən bu nailiyyətlər ölkənin hər bir vətəndaşının həyatında aydın şəkildə hiss edilir. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi digər sahələrdə də inkişafa səbəb olur ki. ötən illər ərzində cəmiyyət olaraq bunun əyani şahidinə çevrilmişik. Bu gün təhsil, səhiyyə, mədəniyyət, idman və digər bu kimi sahələrdə əldə edilən nailiyyətlər ölkəmizin aktivinə yeni-yeni müsbət xallar yazdırır. Ümumiyyətlə, Azərbaycan dövləti, xüsusilə dövlət başçısı hər zaman sosial sahəyə ciddi diqqət ayırdığından bu sahənin inkişafı da bütün dövrlərdə prioritet hesab edilib.

Azərbaycanda həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət bütün sahələrdə uğurlar, nailiyyətləri şərtləndirir və hər bir sahədə müsbət dinamika özünü göstərir.  Həyata keçirilən islahatlar və görülən tədbirlər nəticəsində əldə edilən bu nailiyyətlər ölkənin hər bir vətəndaşının həyatında aydın şəkildə hiss edilir. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi digər sahələrdə də inkişafa səbəb olur ki. ötən illər ərzində cəmiyyət olaraq bunun əyani şahidinə çevrilmişik. Bu gün təhsil, səhiyyə, mədəniyyət, idman və digər bu kimi sahələrdə əldə edilən nailiyyətlər ölkəmizin aktivinə yeni-yeni müsbət xallar yazdırır. Ümumiyyətlə, Azərbaycan dövləti, xüsusilə dövlət başçısı hər zaman sosial sahəyə ciddi diqqət ayırdığından bu sahənin inkişafı da bütün dövrlərdə prioritet hesab edilib.

Sosial sahənin ayrılmaz hissəsi sayılan elm və təhsil, eləcə də səhiyyə sahəsi bu mənada kənarda qalmır.  Ölkəyə rəhbərlik etdiyi 15 il ərzində hər bir sahə kimi qeyd etdiyimiz sahələrdə çalışan vətəndaşlarımızın da sosial rifah halının yüksəldilməsini qarşıya məqsəd qoyan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ötən illər ərzində imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi tədbirlərlə bunu bir daha sübuta yetirib. Ötən 15 il ərzində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı sərəncamlar əsasında elm və təhsil sahəsində çalışan yaradıcı şəxslərin təltif olunması, onlara fəxri adların verilməsi fonunda bunu aydın şəkildə görmək mümkündür.  Dövlət başçısının  bu addımı həm də Cənab Prezidentin yaradıcı şəxslərə olan diqqət və qayğısının bariz nümunəsidir ki, bunu biz ötən 15 il ərzində dəfələrlə müşahidə etmişik. Elə əksrə ekspertlər də məhz bu qənaətdədirlər.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva deyib ki,  Azərbaycanda yaradıcı insanlara yüksək dövlət qayğısı göstərilir. Onun sözlərinə görə, ölkəmizin mədəniyyət və incəsənət xadimləri bu qayğıya böyük dəyər verirlər. Ülviyyə Həmzəyeva bildirib ki, tanınmış mədəniyyət və incəsənət xadimlərinin sosial, maddi təminatının yaxşılaşdırması üçün davamlı tədbirlərin həyata keçirilməsi, onlara ömürlük prezident təqaüdlərinin ayrılması da mühüm əhəmiyyətə malikdir. Millət vəkili hesab edir ki, eyni zamanda, yaradıcı şəxslərin fəaliyyətlərinin  stimullaşdırılması üçün onların təqaüdlə təmin edilmələri, dövlət mükafatları ilə təltif olunmaları, mənzil təminatlarının yaxşılaşdırılmaları  da böyük önəm kəsb edir: "Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələridir. Onu da qeyd etmək istəyirəm ki, bu gün yaradıcı gənclərin fəaliyyətinə də güclü dövlət dəstəyi mövcuddur. Gənclər bu imkanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Biz öz gəncliyimizə böyük nikbinliklə baxır, onların uğurları ilə qürur duyuruq".

Ötən 15 il ərzində Azərbaycanda sosial sahənin ayrılmaz tərkib hissəsi olan səhiyyə sahəsində də ciddi addımlar atılıb, tədbirlər həyata keçirilib. Bu illər ərzində yeni-yeni səhiyyə obyektlərinin, tibb ocaqlarının tikilib istifadəyə verilməsi, bir çoxlarının yenidən qurulması fonunda bunu aydın görürrük. Elə bu günlərdə Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı yenidənqurmadan sonra açılışı da bunun bariz nümunəsidir. Millət vəkili İlham Məmmədovun sözlərinə görə, Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı yenidənqurmadan sonra açılışı bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas prioriteti sosial istiqamətdir. Sosial istiqamət isə insanların sosial rifah halının yaxşılaşdırılması və sağlamlığına yönəlib. İlham Məmmədov bildirib ki, son 15 ildə görülən işlər nəticəsində Azərbaycanda yüzlərlə tibb ocaqları tikilib istifadəyə verilib: "Azərbaycan Prezidenti İlham Əliyevin də açılışında iştirak etdiyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun yeni, müasir avadanlıqlar təchiz olunması, ölkəmizdə insanların sağlamlığına verilən böyük önəmin göstəricisidir. Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də inkişaf göz qabağındadır. Bu sahə ilə bağlı ayrı-ayrı Dövlət Proqramları həyata keçirilir ki, bura şəkərli diabet xəstələrinin dərman təchizatı, onkoloji xəstələrin şiş əleyhinə, hemodializ xəstələrinə dərman preparatlarının təmin olunması daxildir. Bu proqramların həyata keçirilməsi üçün dövlət tərəfindən külli miqdarda vəsait ayrılır ki, sözügedən xəstəliklərin qarşısı alınsın, insanlar sağlam və rahat yaşasınlar".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31