Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən nazirliyin bütün rəhbər heyətinin iştirakı ilə toplanış keçirilib.

Müdafiə naziri general-polkovnik  Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən nazirliyin bütün rəhbər heyətinin iştirakı ilə  toplanış keçirilib. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki,  müdafiə nazirinin müavinləri, qoşun növləri və qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Toplanışa qatılan heyət Təlim-Tədris Mərkəzində və çöl-səhra şəraitində təşkil olunan təlim nöqtələrində nəzəri və praktiki məşğələlərdə iştirak ediblər. Şəxsi heyətin fiziki və sıra hazırlığı yoxlanılıb, iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi  sənədlər üzrə məqbullar qəbul edilib.

Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində atıcı silahlardan atışlar icra olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31