Spiker psixoloqdan danışdı: “Onun cavabını xalqımız verdi”

Deputat Fəzail İbrahimli Milli Məclisin iclasında Nərmin Şahmarzadə adlı psixoloqun Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsinə münasibət bildirib."Olaylar"ın xəbərinə görə, deputat qeyd edib ki, həmin psixoloqu danışdıran genetik koddur. Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzən şəhidlər, qəhrəmanlar təhqir olunur. "Bu xanım psixoloqun özünün psixiatra ehtiyacı var"-deyə Fəzail İbrahimli qeyd edib.

Deputatın çıxışına Milli Məclisin sədri Oqtay Əsədov da reaksiya verib: "Mən mətbuatda bütün məsələləri izləmişəm. Xalqımızın buna hiddətini müşahidə etmişəm. Buna görə də, belə cılız məsələləri parlamentin iclasına çıxarmayaq. Bu heç psixoloq da deyil, hələ bilinmir oxuyub psixoloq olacaq ya yox. Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? Onun cavabını xalqımız verdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31