Oqtay Əsədovdan parlament jurnalistlərinə irad
18 Dekabr 2018 16:17 Siyasət"Bəzən Milli Məclisə akkreditasiya olunmuş jurnalistlər iclasda səslənən fikirləri təhrif edirlər"."Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin spikeri Oqtay Əsədov deyib. Spiker bildirib ki, jurnalistlər diqqətli olmalıdırlar: "Milli Məclisdə akkreditasiya edilən jurnalistlər, xahiş edirəm, bu məsələdə diqqətli olun. Burada deyilən sözləri olduğu kimi verin. Cümlələri konteksdən çıxarmaq lazım deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31