“2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır!”
18 Dekabr 2018 16:03 Siyasət"Dekabrın 12-də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə böyük uğur və qələbədir"."Olaylar" xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında bildirib.Onun sözlərinə görə, Avropa Parlamenti ilk dəfədir ki, belə qətnamə qəbul edib: "Biz adətən görürdük ki, Avropa Parlamenti Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin isə sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayırdı. Azərbaycana isə deyirdilər ki, gedin ermənilərlə razılaşın. Beləcə dolayısı yolla ermənilərə dəstək verirdilər. İlk dəfədir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllini vacib sayıb".
Qüdrət Həsənquliyev hesab edir ki, bu ,Azərbaycan parlamentinin böyük uğurudur".
Deputatın sözlərinə görə, son dövrlər ikinci diplomatik qələbə odur ki, artıq Ermənistan təklənib, hətta öz müttəfiqlərini itirir: "Hesab edirəm ki, Azərbaycan Ermənistana təzyiqlərini artırılmalı, 2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır!"