Səməd Seyidov: "Avropa Parlamentində Azərbaycanla bağlı atılan addımlar gözlənilən idi”

"Avropa Parlamentində Azərbaycanla bağlı atılan addımlar sözün əsl mənasında vacib və gözlənilən nəticə idi"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Səməd Seyidov parlamentin iclasında çıxışı zamanı Avropa Parlamentinin plenar sessiyasında Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin qorunması ilə bağlı qəbul olunan qətnaməni şərh edərkən deyib. O, bildirib ki, millətimizin ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi bu gün Avropanın ən böyük, nüfuzlu, təsir etmə imkanına malik olan, Avropa üçün istiqaməti müəyyən edən Avropa Parlamentinin sənədində birmənalı şəkildə öz əksini tapıb.Onun sözlərinə görə, Avropa Parlamentində münaqişə ilə bağlı bir neçə nəticə var ki, bu nəticələr mütləq şəkildə səslənməlidir: "Cəmi iki il bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı ağlasığmaz dərəcədə mənfi qətnamə qəbul etmişdi. Lakin Azərbaycan iqtidarının, parlamentinin mütəşəkkil, ardıcıl, məntiqli işləri nəticəsində belə gözəl nəticə əldə edildi". S.Seyidov vurğulayıb ki, birgə görülən iş mütləq şəkildə öz nəticəsini verməli idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31