Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatına yeni sədr təyin olundu

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında iclas keçirilib. İclasda Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatına yeni sədr təyin olunub.

Olaylar.az xəbər verir ki, yeni sədrin seçilməsi ilə əlaqədar iclas iştirakçıları Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəylinin namizədliyini irəli sürüblər. Təkliflərdən sonra Anara Hacıbəylinin sədrliyə namizədliyi səsvermə yolu ilə yekdilliklə qəbul olunub.

Anara Hacıbəyli öz növbəsində Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının üzvlərinə göstərdikləri etimada görə təşəkkürünü bildirərək qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31