Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

Dekabrın 17-də peşə bayramlarını qeyd edən Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları bu münasibətlə əvvəlcə Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Sonra Şəhidlər xiyabanında uyuyan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edildi, məzarları üstünə güllər düzüldü. Kollektiv adından "Əbədi məşəl" abidəsinin önünə əklil qoyuldu. "olaylar" xəbər verir ki, tədbir nazirliyin akt zalında davam etdirildi. Tədbiri açan nazir müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə kollektivi təbrik etdi. Bildirdi ki, bayram ərəfəsində Prezident İlham Əliyev nazirliyin bir qrup əməkdaşının "Əməkdar dövlət qulluqçusu" və  "Əməkdar mühəndis" fəxri adlarına layiq görülmələrinə, 3-cü dərəcəli "Əmək" ordeni,   "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır. Nazir müavini göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31