Dövlətə, xalqa, Mübarizə açıq həqarət

İlqar Altay: “Milli Qəhrəmana olan böhtanınızı, yəni Mübaruz İbrahimova cinayətkar dediyinizi məhkəmə qarşısında sübut etməli olacaqsınız”

İlqar Altay: "Milli Qəhrəmana olan böhtanınızı, yəni Mübaruz İbrahimova cinayətkar dediyinizi məhkəmə qarşısında sübut etməli olacaqsınız"

Millətin, xalqın qürur duyduğu, sevdiyi, qəlbində yaşatdığı ayrı-ayrı fərdlərə, şəxslərə çamur atmaq, onları aşağılamaq getdikcə adi hala çevrilir. Maraqlısı odur ki, bütün bunlar Azərbaycana qarşı ərazi iddiası irəli sürmüş, torpaqlarını işğal etmiş, bir milyona yaxın soydaşımızı qaçqın və məcburi köçkünə çevrimiş erməniyə sevgi hissi fonunda baş verir. Əkrəm Əylislilər, Rüstəm İbrahimbəyovların yolunu indi gənclər, Nərmin Şahmarzadələr davam etdirir. Fəaliyyətləri, dediyi sözlərin milli maraqlara, dövlətçilik maraqlarına zidd olduğunu bildikləri halda bu yalnış yola davam deyirlər. Ancaq müsbət tərəfi odur ki, Əylislilər, İbrahimbəyovlar, Şahmarzadələrin erməni sevgisi dolu fəaliyyətləri Azərbaycan cəmiyyətində ciddi etiraz doğurur və onlara lazım olan cavab verilir. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyir ki, Nərmin Şahmarzadə öz xalqının rəsmi və faktiki qəhrəmanına böhtan atmaqla böyük yanlış edib: "Ona görə də, çox istədim ki, bu məsələ bir qadının öz daxili gərginliyinin bir aqressiv təzahürü, səhvi kimi düşünülüb, üstündən keçilsin. Ona görə də bu xanımla yazışanda etdiyi hərəkətin agır ictimai qınaq və ciddi bir hüquqi məsuliyyət dogurma ehtimalını da izah etdim. Və Nərmin xanımdan şəxsən, xahiş etdim ki, üzr istəsin və dərhal da o, problemli yanlış statusunu silsin .  Təəssüflər olsun ki o, bunun əvəzində "əcəb etmişəm" mahiyyətli videosunu çəkib paylaşdı. Əsas da bu videoda Mübariz İbrahimova qarşı həqarətini daha da, açıqca təsdiq edib bərkitdi. Əsas təhlükə də odur ki, bu hərəkətinin ictimai rezonans dogurub, antimilli forma alaraq, gənc insanlarımızı yoluxdurması gedə bilir. Hansi ki, artıq, Milli Qəhrəmanın ruhuna həqarətə dəstək verənlər tapılır. Bax, bu yerdə, bir hüquqşünas və ictimaiyyətçi kimi obyektiv onu deyim ki, bunun artıq cavabı layiqli verilməlidir.. Bu xanım artıq yer qoymadı. Öncə Mübarizin hərəkətinin cinayət olmaması barədə. Nərmin Şahmarzadə iddia edir ki, indi müharibə şəraiti deyil, Mübariz düşmən tərəfə keçib erməni əsgərlərini öldürməməli idi. Xeyr, bizdə sülh yoxdur, yarımçıq və pozulu atəşkəs hökm sürür. Faktiki döyüş gedir. İşğalçı erməni hər gün snayper, mərmi atəşi ilə əsgərlərimizi öldürür, kəşfiyyatçıları bizim tərəfə keçir. Terror-qırğın törədir, bizimkilər də, eynilə cavab verir.. Onlar necə mərmi atıb balaca Zəhranı öldűrdû, bizimki də onların "vertolyotunu" vurub saldılar. Ikincisi sən nə bilirsən Mübariz döyüş tapşırığı, kəşfiyyat əməliyyatını yerinə yetirməyib? Olsun ki, komandanlıq bunu hərbi sirr kimi açıq demir. Mübariz bunu özbaşına edibsə, niyə ona dövlət ən yüksək, Milli Qəhrəman adı verdi? Demək bu işin içini daha da çox bilən komandanlıq, dövlət onun bu, fədakar addımını vətən, xalq üçün çox vacib əhəmiyyətli sayıb.  Üçüncüsü, Mübarizin öldürdüyü erməni əsgərlərə yazığın gəlir. Sənin heç, xəbərin yoxdur ki, onlar bizim torpaqları işğal edib bizim əhalini qovub, oturublar o yerlərdə? Adicə, əsgər qalsın, mülki bir şəxs iznsiz, qanunsuz dövlət sərhəd xəttini keçən halda bu hal dövlətə qəsd sayılır. O şəxs, istənilən dövlətdə qanunla yerindəcə güllələnir. O ki, qalsın, işgalçı düşmən ordunun əsgəri. Biz onun başını sıgallamalıyıq? Sizin dövlətdən və dövlətçilikdən vətən hissindən xəbəriniz varmı? Siz, harada oxuyub, böyüyüb, tərbiyə almısınız? Qaldı ki Nərmin xanım, siz erməni qayğıkeşliyi ilə özünüzü müasir, humanist, kosmopolit və ya feminist göstərmək istəyirsiniz.  Amma sizin bu hərəkət ən geridə qalmış, milli mənliyi olmayan aşağılanmış vətəndaşın düşüncəsidir. Gedin bir Birləşmiş Ştatlar. ya Fransada cəhd edin, onların dövlət milli qəhrəmanını cinayətkar adlandırın, görün, sizin başınıza nə oyun açırlar, qolunuza qandal vurub necə həbs edib, neçə il cəza verirlər. Yaxşı yerə, prinsipsiz dövlətə, səbirli millətə düşmüsünüz". İlqar Altay qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ə onun 147-ci maddəsi var. Onun sözlərinə görə, hər hansı şəxsi, agır cinayətdə ittiham etməklə böhtan atmanın cəzası var: "Üç ilədək azadlıqdan məhrum etmə. Siz isə, Milli Qəhrəman, fədakar şəhidə cinayətkar deyib, böhtan atdınız, üstəlik, üzr istəmək əvəzinə, bu həqarəti təkrar videoda yaydınız. Mübarizə, dövlətə, xalqa açıq həqarət. Bu halda Nərmin Şahmarzadə, çox təəssüf və çox yəqin ki, Milli Qəhrəmana olan böhtanınızı, yəni Mübaruz İbrahimova cinayətkar dediyinizi məhkəmə qarşısında sübut etməli olacaqsınız. Görək, sizdə bu xalqın şəhid qəhrəman oğluna bu ağır böhtan, həqarət, nifrət haradan yaranır. Bu məsələyə son vermək lazımdır və vacibdir. Bəzi təfərrüatlar, məlumatlar var artıq ortada". Mərkəz rəhbəri onu da deyib ki, bu qız insan tipi və mahiyyətcə Allahın psixipat bəlasıdır: "Özü də ikili şəxsiyyət yönlü psixoloji pozuntulu olmaqla, xeyli, dayanıqsız durumlu gəncləri guya maraqlı persona kimi özünə cəlb edə bilir. Çox da xəyanət yönlü insan tipidir, hər kəsə və hər dəyərə qarşı. Və bunun üçün müqəddəs heç nə yoxdur.H eç, "canı yandığı" erməni də. Deyir, öz valideyinlərini, işlədiyi kollektivləri, qohum-qonşunu bezdirmişdi bu. Indi də keçib, bu cəmiyyətin altını-üstünə cevirməsə əl cəkən deyil". İlqar Altay deyib ki, bu abırsız, şivən-fırtına ilə bütün halda ehtiyatlı, həssas olmaq lazımdır: "Bizim televiziyalar nahaq belə birisini ilkindən çəkib ortaya çıxarıb.  Bir də, özünü cəmiyyətdən agıllı hesab edənlər bu qızın dediklərini hər kiminsə qəhrəmanlığını qəhrəmanlıq saymadığı üzərində fokuslaşdırıb baş yozmasınlar. Qızın dediklərindəki həqarətli tərəf, şəhid milli qəhrəmanı cinayətkar, qəddar adlandırmasıdır. Bu da ictimai hiddət dogurma və cinayət tərkibi yaratma əməlidir. Bu millətin başını sadəlöhv, beyinsiz hesab edib az yozun. Bununla belə, bu bəlaya baş qoşmağa dəyməz. Videosuna fikir verin, sifəti necə kəskin dəyişir bir an içində. Tam 180 dərəcə, hiddət və gülüşlə. Buraxın başını ki, yiyəsi bədbəxt çarəsini qılsın".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31