"Vergi mədəniyyəti o zaman olacaq ki, vergi ədalətli olsun”

“Vergi orqanlarında keçmişdə baş verən neqativ halların aradan qaldırılmasına görə Mikayıl Cabbarova təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu islahatlar davam etdiriləcək. Azərbaycan vətəndaşları da bilməlidirlər ki, vergi ödəməyin özü də bir mədəniyyətdir. Amma bu mədəniyyət o zaman işləyəcək ki, vergi ədalətli olsun”. Bunu deputat Çingiz Qənizadə Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliyin edilməsinə münasibət bildirərkən deyib.

"Vergi orqanlarında keçmişdə baş verən neqativ halların aradan qaldırılmasına görə Mikayıl Cabbarova təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu islahatlar davam etdiriləcək. Azərbaycan vətəndaşları da bilməlidirlər ki, vergi ödəməyin özü də bir mədəniyyətdir. Amma bu mədəniyyət o zaman işləyəcək ki, vergi ədalətli olsun". Bunu deputat Çingiz Qənizadə Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliyin edilməsinə münasibət bildirərkən deyib.

Deputat xatırladıb ki, o keçən il hökumətin hesabatında keçmiş vergilər naziri Fazil Məmmədov da burada olarkən vergi orqanlarının işini tənqid edərkən deyib ki, niyə görə biz Gürcüstandakı vergi sistemini Azərbaycanda tətbiq edə bilmirik?

"Bağlanın ticarət mərkəzlərini, obyektləri gördükcə təklif etdim ki, daha az vergi yığmaqla daha çox iş yerinin açılmasına xidmət edən müddəaları özündə əks etdirən qanun layihəsi hazırlamalıyıq. Artıq bu iş reallaşır. Ona görə də biz bu islahatları dəstəkləməliyik. Amma mənim vergilər naziri Mikayıl Cabbarova sualım var. Mikayıl müəllim, Vergilər Məcəlləsinin 13-cü maddəsində vergi ödəyicilərinin ailə üzvləri sırasına ər-arvadlar, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar) daxil edilsə də, nəvələr daxil edilməyib. Biz Azərbaycanda yaşayırıq. Bizim ailəyə, anaya, ataya, nəvəyə münasibətimiz tamamilə fərqlidir. Bəzən illərlə baba, nənə ilə yaşayan nəvələr bu ailə üzvləri sırasında qeyd olunmur. Hörmətli Mikayıl müəllim, gələcəkdə bu məsələyə ya aydınlıq gətirilsin, ya da ailə üzvləri sırasına salınmaqla boşluq aradan qaldırılsın".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31