“Anti-Azərbaycan media qrupunun fəallaşmasını təsadüfü hesab etmirəm”
“Məlum hadisədən sonra Avropadakı bədnəm qrupun aktivləşməsi proseslərin eyni mərkəzdən idarə olduğunu bir daha təsdiqləmiş oldu”. Bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
26 Noyabr 2018 14:38 Siyasət"Məlum hadisədən sonra Avropadakı bədnəm qrupun aktivləşməsi proseslərin eyni mərkəzdən idarə olduğunu bir daha təsdiqləmiş oldu". Bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, AXCP sədrinin və özünü "Milli Şura" adlandıran qondarma qurumun rəhbərlərinin həbs edilməsi və buna Avropa da olan medianın anti-Azərbaycan qrupun reaksiyası təsadüfi birlik və eyni mövqedən çıxış ola bilməz: "Onlar təlimat əsasında hay-küy salırlar. Bir necə gün əvvəldə mən bildirmişdim ki, bədnam "Milli Şura" rəhbərlərinin şəhidlər xiyabanında qanunsuz aksiya keçirmələri əslində təxribatlar törətməyə və bununla da diqqət mərkəzinə çevrilməyə hesablanmış bir hadisə idi. Yəni onların məqsədi şəhidləri yad etmək və yaxudda ki, bayraq gününü qeyd etmək deyil. Onlar qəsdən icazəsiz aksiya keçirtməyə cəhdi göstərdilər. Yəni biri var Şəhidlər xiyabanını ziyarət edəsən, biri də var qanunsuz yürüş keçirəsən. Qanunsuzluğu ona görə etdilər ki, bunlara reaksiya verilsin. Təbii ki, bunlar planlaşmış məsələdir. Onlar bilirdilər ki, bu qanunsuz yürüşün qarşısı alınacaq və cərimə olunacaqlar, bütün bunları bilə-bilər etdilər ki, həm cəmiyyətin diqqətini çəksinlər, həm də xaricdə oturub anti-Azərbaycan kampaniyasını aparan qrupa bir bəhanə vermiş olsunlar ki, Azərbaycana qarşı yeni hücum dalğası başlasın. Yəni bu bir növü xaricdə ki, bədxaxlara mövzu vermək üçün planlaşdırılmış bir aksiya idi. Amma məsələ burasındadır ki, onların niyyətləri tam baş tutmadı. Azərbaycan polisinin təmkinli davranması, heç bir əlavə proseslərə yol vermədən sadəcə qanunu xatırlatması və cərimə edib buraxması onların bəd niyyətlərinin qarşısını bir qədər almış oldu. nə həbsdə çox yatmadılar, nə xəsarət almadılar, nə də ki, əlavə iğtişaş törədə bilmədilər, bununla da işləri yarımçıq qalmış oldu. Bu baxımdan, xaricdə ki, anti-Azərbaycan media qrupunun fəallaşmasını təsadüfü hesab etmirəm. Bir daha vurğulayıram ki, bu aksiyanın keçirilməsi onların proqramlarına uyğunlaşdırılmış bir hadisə idi ki, onlara danışmaq üçün bir mövzu versinlər. Amma bu mövzunu da belə demək mümkündürsə Azərbaycan polisi onların əlindən almış oldu".
SİA