Radikalların cəmiyyətə öz varlıqlarını göstərmək cəhdi

Yaxud şəhidlərin adından siyasi şou yaratmaq məqsədi

Yaxud şəhidlərin adından siyasi şou yaratmaq məqsədi

Xaricdəki havadarlarından, maliyyə bosslarından aldıqları təlimat əsasında mövsümü xarakter daşıyan fəaliyyətlərə üstünıük verən radikal müxalifət düşərgəsi yenə eyni ənənəsinə sadiqdir. Deyəsən yenə radikallara Qərb, Avropadakı bəzi antimilli, antiAzərbaycan dairələrdən tapşırıq gəlib. Tapşırıq isə bundan ibarətdir ki, 20 ildən artıqdır qarşıya hədəf kimi qoyulan ictimai-siyasi sabitliyi pozmaq. Buna cəhd də edilir. Necə ki, ötən həftə sonu bunun bir daha şahidinə çevrildik. Radikalı siyasi düşərgə paytaxtda ictimai-siyasi sabitliyi pozmağa, gərginlik yaratmağa, polis, hüquq-mühafizə orqanları ilə qarşıdurma yaranmasına çalışdı. Özü də bayram gününüdə, Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edən bir zamanda. Ümumiyyətlə, radikal düşərgənin, xüsusilə bu düşərgəyə liderlik etmək iddiasında olan (hərçənd radikal düşərgənin elektoratı olmadığından ona liderlik etməyə də ehtiyac yoxdur) Əli Kərimlinin son illərdəki fəaliyyətində daha bir mənfi tendensiya özünü büruzə verməyə başlayıb ki, bu da torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizdən siyasi məqsədlə üçün yararlanmaq cəhdidir. Artıq hər şeydən əli üzülən Əli Kərimli neçənci dəfədir ki, ümummilli hüzn günü və bayram günlərində siyasi şou düzəlməyə çalışır. İstər Xocalı soyqırımının ildönümü ərəfəsində Ana Harayı abidəsi önündə yaratdığı şou, istər 20 Yanvar faciəsinin 28-ci ildönümü zamanı Şəhidlər Xiyabanını ziyarət etmək adı altında ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdi, istərsə də 17 noyabr Milli Dirçəliş Günü ərəfəsində atılan anoloji addım Əli Kərimlinin əsl mahiyyətini və niyyətinin nədən ibarət olduğunu ortaya qoyur. Əgər Əli Kərimli doğurdanda şəhidlərin ruhuna hörmət etmiş olsaydı ziyarətini sakit şəkildə həyata keçirərdi. Hər kəs kimi o da ictimai nəqliyyatdan istifadə edərək Şəhidlər Xiyabanına gələr və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan həmvətənlərimizi məzarını ziyarət edərdi. Ancaq Əli Kərimliyə şou yaratmaq lazım olduğundan o, şəhidlərdən də siyasi məqsədləri üçün istifadə etmək istədi. Çünki Şəhidlər Xiyabanını ziyarət etmək istəyən birisi bu ziyarətə keçmiş Əzizbəyov heykəlinin yerləşdiyi ərazidən başlamazdı. Sadəcə Əli Kərimli ziyarət yox, yürüş etmək niyyətində idi ki, bu da baş tutmadı və hüquq-mühafizə orqanları qanunsuz cəhdin qarışısını aldılar.

Ümumiyyətlə, 17 noyabrda yaşananlar bir daha sübut etdi ki, radikal müxalifət ümummilli bayramları və tarixi günləri öz varlığını yada salmaq üçün istismar etməkdədir. Əli Kərimli, Cəmil Həsənli kimi xəyanətkarlar birdəfəlik anlamalıdırlar ki, siyasi protokolların keçirildiyi məkanlar, tarixi-dini ziyarət yerləri kütləvi etiraz aksiyaları keçirilmək üçün ünvan kimi seçilə bilməz. Xüsusilə də, Şəhidlər Xiyabanı həm siyasi protokollar üçün məkandır, həm də Azərbaycan tarixini çox mühüm ziyarət yerlərindən biridir.
Bu səbəbdədən də, hər kəs çox gözəl başa düşür ki, Əli Kərimlinin, Cəmil Həsənlinin və bir qrup xəyanətkarın Şəhidlər Xiyabanını aksiya məkanı kimi seçməsi onların konkret siyasi məqsədlər güdməsindən, radikal müxalifətin cəmiyyətə öz varlığını göstərmək, sabitliyi pozmaq, polislə qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək istəyindən irəli gəlirdi.
İctimai-siyasi sabitliyin pozulmasına hesablanmış bu aksiyanın qarşısı polis tərəfindən alınarkən qanunun bütün tələblərinə əməl edilməsinə baxmayaraq aksiyadan sonra radikal müxalifət fəalları tərəfindən sosial şəbəkələrdə böyük kampaniya başladıldı, polis idarəsinə yürüş-hücum etmək barədə çağırışlar edildi. Bu da bir daha aksiyanın əvvəlcədən qarşıdurmaya getmək məqsədilə düşünüldüyünü təsdiqləyir.
Qeyd edək ki, 1992-ci ildə azərbaycanlıları şəxsi maraqları naminə qırğına verən Əli Kərimli kimilər üçün şəhidlər və Şəhidlər Xiyabanı heç bir mahiyyət kəsb etmir. Onları yalnız qrant maraqlandırır. Ona görə də, şəhidimizi də, Şəhidlər Xiyabanını da Əli Kərimli kimi satqınlardan qorumalıyıq, müdafiə etməliyik.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31