Radikallar dirçəliş tariximizin dəyərini gözdən salmaqla məşğuldur

"Milli dirçəliş tariximizin rəmzi günləri dövlətimiz və millətimiz üçün dəyər vahidlərindəndir. Bu səbəbdən onu sevmək və dəyərini daima uca tutmaq hər bir azərbaycanlının borcudur". Bu sözləri Olaylar.az "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

"Milli dirçəliş tariximizin rəmzi günləri dövlətimiz və millətimiz üçün dəyər vahidlərindəndir. Bu səbəbdən onu sevmək və dəyərini daima uca tutmaq hər bir azərbaycanlının borcudur". 

Bu sözləri Olaylar.az "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, xalqın qəbul etmədiyi üsulda dirçəliş günü qeyd etmək, dirçəliş tariximizin dəyərini gözdən salır:

"Təəssüflər olsun ki, bu cür dəyərli günü 30 il əvvəlki hakimiyyətsizlik və xaos dövrünə xas üsullarla qeyd etmək cəhdləri olur. Bu olduqca ziyanlı və təhlükəlidir. Ümumən xalqın tarixinə aid olan günlərlə bağlı tədbirlərin cəmiyyətdə mütləq çoxluğun qəbul etmədiyi və iştirak etmədiyi miqyasda, qanuni orqanlarla razılaşdırmadan keçirilməsi milli dəyərə çevrilmiş günlərin xalqın gözündə adiləşməsi kimi bir təhlükəni daşıyır. Milli Şuranın 17 noyabrda polislə qarşıdurmaya gətirib çıxarmış sanksiyasız aksiya keçirmək cəhdi bu qəbildən olan hadisədir. Dirçəliş tarixinin qeyd olunmasını siyasi reklam üsuluna çevirmək və bu yolla ictimai reytinq toplamaq perspektivsizdir". 

A.Quliyev qeyd edib ki, milli dəyərə çevrilmiş dirçəliş tariximizin simvolları üçün heç bir təhlükə yoxdur. Bu simvollar dövlətin himayəsi və dəstəyi altındadır:

"Azərbaycan xalqı 30 il əvvəl milli dirçəliş prosesinə dəstək verdi. Lakin bu hadisədən siyasi xal toplamaq cəhdlərinə heç vaxt dəstək verməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31