Məhkəmə Ekspertizası Mərkəzində "açıq qapı" günü keçirilib

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinə, müasir texniki imkanlarının təqdimatına həsr olunmuş "açıq qapı" günü keçirilib.

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinə, müasir texniki imkanlarının təqdimatına həsr olunmuş "açıq qapı" günü keçirilib.

Nazirlikdən "Olaylar"a bildirilib ki, tədbirdə Vəkillər Kollegiyasının, vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən ədliyyə naziri yanında İctimai Komitənin üzvləri iştirak ediblər. Bildirilib ki, bir əsrlik tarixi olan Azərbaycan ədliyyəsinin ənənəvi sahələrindən biri də məhkəmə ekspertizası fəaliyyətidir. Hazırda Mərkəzdə 20 növ, 41 ixtisas üzrə məhkəmə ekspertizası həyata keçirilir. Müasir texnologiyaların tətbiqi ekspertiza tədqiqatlarının dairəsini genişləndirərək, onların operativ, dolğun və dəqiq aparılmasını və rəylərin mötəbərliyini təmin edir, bununla da cinayətkarlıqla mübarizə işinə dəyərli töhfə verilir.

Tədbirdə, ekspert araşdırmalarının operativliyinin təmin edilməsi, ibtidai araşdırmanın və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədi ilə Mərkəzin regional bölmələrinin fəaliyyəti, ekspert kadrların açıq müsabiqə əsasında işə qəbulu prosesi barədə məlumat verilib, ictimaiyyətlə əlaqələrin səmərəliliyinin artırılması və məhkəmə ekspertizası fəaliyyəti barədə cəmiyyətin daha dolğun məlumatlandırılması məqsədi ilə mərkəzin www.expert.gov.az rəsmi internet səhifəsinin interaktiv rejimdə fəaliyyəti qeyd edilib, o cümlədən "İNAM" bölməsi vasitəsilə vətəndaşlar arasında mütəmadi xüsusi sorğuların keçirilməsi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31