Qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək

İstiqlal mübarizəmizin əsas mərhələsi olan Milli Dirçəliş Günü kimi əlamətdar bir gündə radikallar növbəti dəfə ictimai-siyasi sabitliyi pozmağa cəhd etdilər. Milli Şura adlanan qurumun Şəhidlər Xiyabanında səsləndirdikləri siyasi motivli şüarlar, məkrli niyyətlərini bir daha ortaya çıxardı. Şəhidlər Xiyabanından öz siyasi məqsədləri üçün istifadə edən radikallar, Azərbaycan şəhidlərinin ruhuna qoyduqları hörmətsizliyi sübut etdilər. İctimai asayişi pozmaq üçün şəhidlərdən istifadə etmək sadəcə onların görə biləcəyi işdir.

İstiqlal mübarizəmizin əsas mərhələsi olan Milli Dirçəliş Günü kimi əlamətdar bir gündə radikallar növbəti dəfə ictimai-siyasi sabitliyi pozmağa cəhd etdilər. Milli Şura adlanan qurumun Şəhidlər Xiyabanında səsləndirdikləri siyasi motivli şüarlar, məkrli niyyətlərini bir daha ortaya çıxardı. Şəhidlər Xiyabanından öz siyasi məqsədləri üçün istifadə edən radikallar, Azərbaycan şəhidlərinin ruhuna qoyduqları hörmətsizliyi sübut etdilər. İctimai asayişi pozmaq üçün şəhidlərdən istifadə etmək sadəcə onların görə biləcəyi işdir.

Olaylar.az AXCP üzvlərinin təşkil etdikləri sanksiyasız aksiya ilə bağlı "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikirlərini öyrənib.

"Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar"

V. Rəhimzadə bildirib ki, dağıdıcı müxalifət qrupları hər zaman şou düzəltməklə gündəmdə qalmağa çalışıblar:

"Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Aksiya Azərbaycanda da baş tumadı və uğursuz cəhd olaraq qaldı. Çünki qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək. İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Ona görə də bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər",

O qeyd edib ki, yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər:

"Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz".

Baş redaktor vurğulayıb ki, müxalifət mətbuatı yalan üzərində qurulub:

"Müxalifət mətbuatı cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil".

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31