Ərazi bütövlüyümüzün qorunması uğrunda həlak olmuş şəxslərin ailələrinə yüksək dövlət qayğısı

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət ildən-ilə ölkəmizin iqtisadi cəhətdən daha da inkişaf etməsi, qarşısına qoyduğu hədəflərə, məqsədlərə tezliklə çatmasına yol açır.  Bu siyasətin ana xəttində isə birmənalı olaraq Azərbaycan vətəndaşlarına xidmət dayanır. Onların rahat, təhlükəsiz şəraitdə yaşaması bu gün Azərbaycan Prezidenti və dövlətinin əsas qayəsini təşkil edir.

Cənab İlham Əliyevin 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" ifadəsi ötən 15 ildə İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi siyasətlə öz təsdiqini tapıb. Cəmiyyətin bütün kateqoriyalarından olan üzvləri, nümayəndələrinin prolemlərini öz şəxsi problemi sayan, hesab edən Cənab İlham Əliyev prezidentlik dövründə həmin problemlərin həlli istiqamətində məqsədyönlü addımlar atıb, müvafiq fərman və sərəncamlar imzalayıb. Bir müddət əvvəl dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərman imazalaması da yuxarıda qeyd etdiklərimizin əyani sübutlarından biridir. Məlumat üçün qeyd edək ki,  Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli həmin Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur.

1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır.Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalıb. Buna görə də Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı məhz bu kateqoriyaya aid hərbi qulluqçuların vərəsələrinə aiddir. Son məlumatlara görə, artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparılır. Bu günə kimi 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsait verilib.

Dövlət başçısının məlum fərmanı öz-özlüyündə bir neçə istiqaməti əhatə edir. Prezidentin məlum fərmanı ilk növbədə Ali Baş Komandanın, dövlət başçısının ölkəmizin ərazi bütövlüyünün qorunması, onun müdafiə edilməsində canlarını fəda edən qəhrəman oğullarımız və onların ailə üzvlərinə verdiyi ən yüksək dəyərin, qayğının, qiymətin göstəricisidir.  Bu həm də o mənanı özündə ifadə edir ki, Ali Baş Komandanı hər bir əsgər, onun ailəsi yaxından düşündürür.

Sözügedən fərman eyni zamanda Azərbaycanın iqtisadi qüdrətinin getdikcə artdığının göstəricisi və bununla da hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə çoxaldığını təsdiq edir. Qeyd etmək yerinə düşər ki, məhz iqtisadi qüdrətimizin artması və dövlət büdcəmizin ildən-ilə çoxalması hərbi sahə üçün nəzərdə tutulan xərclərin də artırılmasını zəruri edir. Hərbiçilərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması, müdafiə qabiliyyətimizin yüksəldilməsi istiqamətində görülən tədbirlər fonunda bunu aydın görmək mümkündür.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31