Deputatlar spirtli içkilərin və siqaretin qiymətinin artırılmasını təklif ediblər
16 Noyabr 2018 15:23 SiyasətMillət vəkili Elmira Axundova spirtli içkilər və tütün məmulatlarının qiymətlərinin artırılmasını təklif edib. "Olaylar" xəbər verir ki, deputat fikrini onunla əsalandırıb ki, spirtli içkilər və tütün məmulatlara insan orqanizmi üçün ziyandır, Azərbaycanda isə bu növ məhsullar ucuz qiymətə satılır. Millət vəkili Jalə Əliyeva da spirtli içkilər və tütün məmulatları ilə bağlı qiymətlərin qaldırılması, aksiz dərəcələrinin artırılması təkliflərini dəstəkləyib: "Mən də bunu ikiəlli dəstəkləyirəm. Bir şeyin ki, üstünə yazılır ki, sizin sağlamlığınız üçün zərərlidir, təhlükədir, onda nəyə görə, bunların qiyməti, aksiz dərəcələri artırılmasın? Hesab edirəm ki, istər spirtli içkilərin, istərsə də siqaret məhsullarının qiymətləri qaldırılmalıdır, elə edilməlidir ki, onları almaq, istifadə etmək halları azalsın, minimuma endirilsin".