Jalə Əliyeva: “Mən “Tarixi-Nadir”i yarısınacan oxumuşam, amma…”

Millət vəkili Jalə Əliyeva "Əmək pensiyaları haqqında" qanunun dilinin çox qəliz olduğunu bildirib."Olaylar"ın məlumatına görə, deputat qeyd edib ki, qanunlayihəsi hazırlanan zaman onun sadə, başa düşülən tərzdə olmasına xüsusi diqqət yetirilməlidir: " "Vallah, Məşədi İbadın sözü olmasın, "Tarixi-Nadir"i yarısınacan oxumuam, amma bu sənədlərdən bir şey başa düşmək olmur. Onları oxuyub axırına çatanda əvvəlini unudursan, bilmirsən ki, nədən söhbət gedir. Çox qəliz yazılır, anlamaqda çətinlik çəkilir. Ona görə bu məsələyə də ciddi diqqət yetirmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31