Deputat: “Energetik içkilərlə aksis dərəcəsi tətbiq olunsun”

Azərbaycanda energetik içkilərlə bağlı artıq ciddi addımlar atılmalıdır.İlk növbədə də bu içkilərə nəhayət, aksiz dərəcələri tətbiq olunmalıdır. Çünki bu işkilər artıq cəmiyyətimizdə bir bəlaya çevrilib". "Olaylar"ın  xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin Əmək və sosial siyasət  komitəsinin iclasında deyib. O, qeyd edib ki, artıq cəmiyyətdə gənclər, yeniyetmələr, azyaşlılar bu  növ içkilərin alidəçilərinə çevriliblər: "Bu, narahatedici, qorxulu tendensiyadır. Dünyada ən ucuz energetik içkilər bizdədir. Bir manata da energetik içki olar? Ona görə bununla bağlı təcili addımlar atılmalı, energetik içkilərə aksiz dərəcələri tətbiq olunmalıdır". M. Quliyev həmçinin  bildirib ki, Azərbaycanın bir sıra rayonlarda gözəl şərab zavodları var: "Onların mütəxəssisləri deyir ki, bizdə şərabın maya dəyəri 5-6 manata başa gəlir. Bir də görürsən ki, bizim markanın adı altında hansısa şadlıq evlərində həmin şərab 3 manata qoyulur. Hansı ki, o şərablar həmin şadlıq evinin zirzəmisində hazırlanır. Bu mənada minimum onlara qiymət qoymaq lazımdır ki, həmin zavodlar normal şərablarını sata bilsinlər. Bu zaman büdcəyə vergi ayırmaları da artacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31