Büdcə-vergi islahatları sahibkarlığın inkişafına imkan yaradacaq
14 Noyabr 2018 16:58 Siyasət"Müzakirəyə təqdim olunmuş 2019-cu ilin dövlət büdcəsi mükəmməl və gələn ilin çağırışlarına uyğun hazırlanıb"."Olaylar"xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Azər Badamov deyib: "Dövlət büdcəsi layihəsi demək olar ki, bütün maddələr üzrə 2019-cu ildə artımlarla nəzərdə tutulmuş, bu da ölkədə makroiqtisadi sabitliyi qorunub saxlamaqla iqtisadiyyatımızın inkişaf dinamikasının təmin olunmasına şərait yaradacaq.
Ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilməyə başlanmış iqtisadi islahatların uğurla icrasının göstəricisidir ki, büdcəmiz artır, ölkədə sosial və investisya mühiti yaxşılaşır, göstəricilərimizin müsbət dinamikası davam edir.Onu da qeyd etmək istəyirəm ki, 2019-cu ildə nəzrədə tutulan büdcə-vergi islahatları ölkədə kiçik və orta sahibkarlığın inkişafına, kölgə iqtisadiyyatının azalmasına, şəffaflığın artmasına və ümumilikdə iqtisadiyyatın qeyri - neft sektorun inkişafına yeni imkanlar yaradacaq. Bu da sonraki illərdə dövlət büdcəsinin neftdən asıllığnın azalmasında özünü göstərəcək".