Ölkədə uşaq doğumu azalıb
14 Noyabr 2018 15:22 Siyasət"Doğulan uşaqlara verilən birdəfəlik müavinət artırılmalıdır". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin iclasında büdcə müzakirələri zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Deputat bildirib ki, 2011-ci ildə ölkədə 176 mindən artıq uşaq doğulubsa, 2017-ci ildə bu rəqəm 144 min 41-ə enib: "Bu ilin ilk 9 ayının göstəricisi 103 min olub. Bu bölümə maliyyə vəsaitinin artmaması bizi narahat edir". Problemin həlli məqsədi ilə H.Rəcəbli 2019-cu ilin büdcəsində doğuma görə birdəfəlik müavinətin artırılmasını xahiş edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31