AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına fəxri adlar verilib

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar elm xadimi"

Quliyev Hətəm Hidayət oğlu

"Əməkdar mühəndis"

Babazadə Oqtay Baba oğlu
İsrafilov Yusif Həbib oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər:

Kəngərli Tələt Nəsrulla oğlu
Muxtarov Abdulvahab Şərif oğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31