Deputat siyasi partiyalara verilən vəsaiti artırmağı təklif edib

Siyasi partiyalara dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitin artırılması təklif edilir. "Olaylar"ın məlumatına görə, deputat Siyavuş Novruzov qeyd edib ki, gələn il bələdiyyə seçkilərinin keçirilməsinə dövlət büdcəsindən 56 milyon manat pul ayrılıb:"Bu fonda siyasi partiyalara ayrılan büdcənin artırılması məqsədəuyğun olardı. Bu, birbaşa hesabatlılıq olardı. Eyni zamanda, ələbaxımlılıq olmazdı. Partiyalar öz plan və proqramını həyata keçirərdilər". Qeyd edək ki, gələn il büdcəsindən siyasi partiyalara 3 milyon manat vəsait artırılması nəzərdə tutulub.

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31