Nazir: “Diplomatların maaşı artacaq, uşaq müavinəti isə…”

Növbəti ildə Azərbaycanın xaricdə olan diplomatik nümayəndlərinin maaşlarının artırılması nəzərdə tutulub. "Olaylar"ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib. Nazir bildirib ki, artıq Xarici İşlər Nazirliyi ilə birgə məsələ ilə əlaqədar işçi qrupu yaradılıb: "Həmin işçi qrupu işlərin qiymətləndirilməsi ilə məşğul olacaq. Bunun əsasənda da daha müvafiq təkliflər ali dövlət orqanlarına təqdim olunacaq". Nazir deyib ki, uşaqların doğulması ilə bağlı müavinətlərin artırılması ilə bağlı məsələni də təhlil etmək lazımdır: "Mənim fikrim odur ki, Azərbaycanı Belarus, eləcə də digər xarici ölkələrlə müqayisə etməməliyik. Çünki orada demoqrafik vəziyyətlə bizdəki vəziyyət tamamilə fərqlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31